Ukraynanın hücumları Rusiyanı iflic etdi: Hava hərəkəti dayandırıldı, məktəblər bağlandı

Ukraynanın hücumları Rusiyanı iflic etdi: Hava hərəkəti dayandırıldı, məktəblər bağlandı
DÜNYA
14:33 14.01.2025
214
Ukraynanın Rusiyaya aramsız və intensiv hücumları ölkədə böyük xaosa səbəb olub.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ölkənin bir çox yerlərində hava hərəkəti iflic olub, bəzi bölgələrdə məktəblər bağlanıb.

Belə ki, Saratov və Kazan şəhərlərindəki sənaye obyektlərində də oxşar ağır fəsadlar baş verib.
 
Saratov vilayətinin məktəbləri hücum təhlükəsinə görə onlayn təhsilə keçib.
 
Ukrayna Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib ki, hücumlar Engels, Saratov, Kazan, Bryansk və Tula şəhərlərini hədəf alıb.
 
Kovalenko bəyan edib ki, neft emalı zavodları, silah istehsalı müəssisələri və enerji infrastrukturuna böyük ziyan dəyib. 

Yanvarın 20-də Donald Trampın ABŞ prezidenti vəzifəsinə başlamasından bir neçə gün əvvəl Moskva və Kiyev arasında hücumlar intensivləşib.
 
Tramp vəzifəyə gəldikdən sonra münaqişəni 24 saat ərzində bitirəcəyini söyləsə də, vəziyyət gündən-günə xaotik hal alır.
  
Mikayıl
OXŞAR XƏBƏRLƏR