Ukrayna Silahlı Qüvvələri son günlərdə iki SU-25M bombardmançı təyyarəsini itirib.
Xəbəri Poltava vilayətinin hərbi administrasiyasının rəhbəri Dmitri Lunin verib.
Onun sözlərinə görə, təyyarələrdən biri oktyabrın 11-i, digəri isə oktyabrın 12-si Şişatsk icmasının ərazisinə düşüb. Hər iki təyyarə Ukrayna Silahlı Qüvvələrinin ölkənin şərq istiqamətindəki əks-hücum əməliyyatlarına dəstək verirlərmiş.
Lakin raket zərbələri ilə xəsarət alan təyyarələri idarə etmək mümkün olmayıb. Hər iki təyyarənin pilotu katapult edə bilib. Onlardan biri həlak olub.