Ukraynada ilk dəfə olaraq Azərbaycan mədəniyyəti günü keçirilib

Ukraynada ilk dəfə olaraq Azərbaycan mədəniyyəti günü keçirilib
SİYASƏT
16:55 28.04.2024
371
Ukraynanın İrpen şəhərində ölkədə ilk dəfə olaraq Azərbaycan mədəniyyəti günü keçirilib.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, İrpen meriyası tərəfimdən təşkil olunan Azərbaycan mədəniyyəti günü akademik Zərifə Əliyevanın doğum günündə baş tutub.

Qeyd edək ki, şəhərdə görkəmli azərbaycanlı akademikin adına parkdan başqa, böyük linqivistik orta ümumtəhsil liseyi, şəhərin mərkəzində isə böyük küçə var.

Şəhər meriyası ilə birgə tədbirə qatılan Azərbaycanın Ukraynadakı səfirliyinin, Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna filialının nümayəndələri, Ukraynanın ictimai-siyasi siyasi xadimləri, Azərbaycan diasporu tədbirlərə parkda akademik Zərifə Əliyevanın büstü önünə gül dəstələri qoymaqla start veriblər.

Şəhər sakinlərinin aktiv qatıldığı mədəniyyət günü Azərbaycan incəsənət nümayəndələrinin nümayişi konsert proqramı ilə başlayıb.

Əvvəlcə Azərbaycan və Ukraynanın dövlət himnləri səslənib. Ukrayna və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Ukraynada səfiri Seymur Mərdəliyev çıxışında Ukrayna ilə əlaqələrin inkişafından danışaraq, müharibə dövründə ölkəmizin göstərdiyi humanitar yardımla bağlı məlumat verib.

Şəhər meri Oleksandr Markuşin isə Azərbaycana təşəkkür edib. O, "Report"a açıqlamasında bildirib ki, ilk dəfə olaraq Ukraynada Azərbaycan mədəniyyəti gününün keçirilməsi onlar üçün tarixi hadisədir: "Bu, Azərbaycanın görkəmli akademiki və bizim şəhər üçün doğma olan Zərifə Əliyevanın doğum gününə, 101 illiyinə təsadüf edir. Bu gün şəhər sakinləri ilə Azərbaycan mədəniyyəti, akademik Zərifə Əliyevanın tarixdəki önəmli rolu barədə fikirlərimizi bölüşdük.

Azərbaycana və azərbaycanlılara daim minnətdarıq. Çünki ölkəmizdə genişmiqyaslı müharibə başlayan kimi ən çox zərər çəkən şəhərlərdən olan İrpenə humanitar dəstək dərhal Azərbaycandan gəldi. Biz o vaxt Azərbaycan səfirliyinə, Azərbaycan Dövlət Neft Şirkətinin Ukrayna filialına müraciət etdik. Azərbaycan dərhal orta ümumtəhsil liseyimizi bərpa etdi, istilik sistemini yenidən qurdu. Uşaqlar üçün hava hücumlarından sığınacaq tikdilər. Bundan başqa, Azərbaycan şəhərimizin dağıntılardan sonra yenidən qurulmasında yaxından iştirak edir. Böyük poliklinikanın əsaslı təmirini artıq başa çatdırır. Bu gün Azərbaycanın səfiri mənə dedi ki, ölkəsinin rəhbərliyi daha 4 tikintinin burada aparılmasına razılıq verib".

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev isə "Report"a bildirib ki, İrpen Azərbaycan diasporunun daha fəal olduğu şəhərdir:

"Ukraynada yaşayan biz azərbaycanlılar üçün sevindirici haldır ki, burada ilk Azərbaycan mədəniyyəti günü məhz görkəmli alimimiz Zərifə xanım Əliyevanın doğum gününə təsadüf edir. Azərbaycan diasporu olaraq biz bu gün bir sıra milli mədəniyyət nümunələrini şəhər meriyası ilə birgə ukraynalılara nümayiş etdiririk".

Mədəniyyət günü çərçivəsində ukraynalı və azərbaycanlı gənc rəssamların Azərbaycan tarixi ilə bağlı əl işləri, musiqi nümunələri, Azərbaycan mətbəxi, o cümlədən Azərbaycan-Ukrayna ortaq mədəniyyət və idman göstəriciləri nümayiş olunub.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
14:50 17.03.2026
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
Bu görüntüləri yayanları ağır cəza gözləyir
14:44 17.03.2026
Bu görüntüləri yayanları ağır cəza gözləyir
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
14:41 17.03.2026
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
14:37 17.03.2026
Bu ölkələr dünyanın ən əsəbi sakinlərinə sahibdir
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
14:35 17.03.2026
Parlament Prezidentlə xanımına təbrik məktubu ünvanladı
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
14:28 17.03.2026
Tarkan Bülent Ersoy üçün mahnı yazdı
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
14:28 17.03.2026
“Reuters”: İranın Ali Rəhbəri atəşkəsə dair təklifləri rədd edib
Qayda pozan sürücülərə protokol verilməsində yeni QAYDA
14:24 17.03.2026
Qayda pozan sürücülərə protokol verilməsində yeni QAYDA