Ukraynanın işdən azad olunan müdafiə nazirinin ilk AÇIQLAMASI

Ukraynanın işdən azad olunan müdafiə nazirinin ilk AÇIQLAMASI
DÜNYA
14:56 04.09.2023
236
Ukraynanın işdən çıxarılan müdafiə naziri Oleksiy Reznikov açıqlama verib.

AZXEBER.COM xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən vəzifəsindən azad edilən Ukraynanın müdafiə naziri Oleksiy Reznikov istefa ərizəsini Ukrayna parlamentinin sədri Ruslan Stefançuka təqdim etdiyini açıqlayıb.

Ukraynanın müdafiə naziri Reznikov sosial media hesabında istefa ərizəsi verdiyini açıqlayıb.

"Mən istefa ərizəmi Ukrayna parlamentinin Ali Radasının sədri Ruslan Stefançuka təqdim etdim. Ukraynanın müasir tarixinin ən çətin dövrü olan son 22 ayda Ukrayna xalqına xidmət etmək və Ukrayna ordusunda çalışmaq mənim üçün şərəf idi”.

Ayşən
OXŞAR XƏBƏRLƏR