Ukraynanın müdafiə naziri ABŞ-ın yardım paketi haqqında danışdı

Ukraynanın müdafiə naziri ABŞ-ın yardım paketi haqqında danışdı
DÜNYA
18:06 20.08.2022
279
Ukraynanın müdafiə naziri Oleksiy Reznikov Ukraynaya 775 milyon ABŞ dolları dəyərində hərbi yardım təqdim etdiyinə görə ABŞ-a minnətdarlığını bildirib və yardım paketinin nədən ibarət olduğunu açıqlayıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə o, tviterdə yazıb.

Nazirin məlumatına görə, paketə HIMARS üçün hərbi sursat, 16 105 m-lik haubitsalar+hərbi sursatlar, 15 "ScanEagle” PUA-sı, 40 "MaxxPro” avtomobili, radiolokasiya sistemlərinə qarşı yüksək sürətli HARM (High-Speed Anti-Radiation Missile) raketləri, 50 Yüksək Hərəkətli Çoxməqsədli Nəqliyyat Vasitəsi HMMWV (High Mobility Multipurpose Wheeled Vehicle), 1500 tankəleyhinə idarəolunan raket, 1,000 "Javelin” raketi və digər avadanlıqlar daxildir.
OXŞAR XƏBƏRLƏR