Ukraynanın müdafiə naziri Türkiyədən üzr istədi

Ukraynanın müdafiə naziri Türkiyədən üzr istədi
DÜNYA
14:42 17.04.2023
203
Ukraynanın müdafiə naziri Aleksiy Reznikov Ukraynanın müharibədəki itkilərini Türkiyədəki zəlzələ qurbanlarının sayı ilə müqayisə etdiyi üçün üzr istəyib.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, ukraynalı nazir bu barədə tvitterdə yazıb.

"İspaniyanın "La Razon" qəzetinə verdiyim müsahibədə söylədiyim fikrlərdən inciyən Ukrayna və ya Türkiyədə hər kəsdən səmimi qəlbdən üzr istəyirəm. Ukraynalılar türk xalqına rəğbət bəsləyirlər. Biz minlərlə günahsız insanı - dostları və qonşuları dəfn etməyin nə olduğunu başa düşürük".

O, həmçinin müharibənin ilk günündən Ukraynaya verdiyi dəstəyə görə Türkiyəyə təşəkkür edib.

Qeyd edək ki, Qeyd edək ki, O.Reznikov İspaniyanın "La Razon" nəşrinə müsahibəsində deyib ki, müharibədə həlak olan ukraynalı hərbçilərin sayı Türkiyədəki zəlzələdə ölənlərin sayından azdır.
OXŞAR XƏBƏRLƏR