Ukraynanın şərqində qanlı döyüşlər gedir.
AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının "Facebook” səhifəsində məlumat yayılıb.
Verilən məlumata görə, bu gün saat 06:00-a olan məlumatda bildirilir ki, Rusiya tərəfi həmin istiqamətdə gedən döyüşlərdə çox sayda itki verib.
"Düşmən tərəfi itkilər verməkdə davam edir. Rusiya Federasiyasının yaralı hərbçiləri Novoaydar şəhərinin rayon xəstəxanasına yerləşdirilir. İlkin məlumata görə, aprelin 20-dən bu günə qədər rusların 50 hərbçisi məhv edilib, 220 nəfər yaralanıb”, - məlumatda yazılıb.
Bundan əlavə, bildirilib ki, Rusiyanın 58-ci Əlahiddə Ümumqoşun Ordusunun 136-cı əlahiddə motoatıcı briqadası Kuraxovski istiqamətində xeyli canlı qüvvə və raket, top artilleriya sistemlərini itirib.