Ukraynaya girişi qadağan edilən Azərbaycan vətəndaşlarının sayı AÇIQLANDI

Ukraynaya girişi qadağan edilən Azərbaycan vətəndaşlarının sayı AÇIQLANDI
SİYASƏT
20:38 29.12.2021
689
Bu ildən Ukraynaya girişinə qadağa qoyulan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Ukrayna Dövlət Miqrasiya Xidmətindən "Report"un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, ümumilikdə bu il 480 Azərbaycan vətəndaşının ölkə hüdudlarına daxil olmasının qadağan edilməsi barədə qərar qəbul olunub.

Bunlardan 224 nəfərinin 3 il müddətinə, 256 nəfərinin isə daimi olaraq ölkəyə daxil olması qadağan edilib.

OXŞAR XƏBƏRLƏR