“Ukraynaya heç bir halda hərbi qüvvə göndərməyəcəyik” - Almaniya

“Ukraynaya heç bir halda hərbi qüvvə göndərməyəcəyik” - Almaniya
DÜNYA
22:34 02.04.2022
524
"Almaniya Ukraynaya hərbi qüvvə göndərməyəcək".

Bunu Almaniya Silahlı Qüvvələrinin (AF) baş müfəttişi Eberhard Zorn deyib.

Onun sözlərinə görə, Almaniya heç bir halda öz qüvvələrini Ukrayna ərazisinə göndərməyəcək.

Dünən Almaniya hökumətinin Ukraynaya zirehli transportyorların (BTR) verilməsini təsdiqlədiyi bildirilib. Ölkənin müdafiə naziri Kristin Lambrext Kiyevə 58 ədəd "PbV-501"-in çatdırıldığını açıqlayıb.

Bundan əvvəl "Die Welt" qəzeti yazıb ki, Almaniya və Ukrayna arasında hazırkı mərhələdə hansısa silahların tədarükü ilə bağlı razılıq yoxdur.

Qəzetin yazdığına görə, Ukrayna Almaniyadan ilk növbədə artilleriya kəşfiyyatı radarları və dronlar istəyib.
 
///teleqraf.com
OXŞAR XƏBƏRLƏR