Aİ XİN rəhbərləri Rusiyaya qarşı sanksiyaların uzadılmasını müzakirə edəcəklər

DÜNYA
20:25 23.01.2025
162
 
Aİ ölkələrinin XİN rəhbərləri Brüsseldə keçiriləcək görüşdə Rusiyaya qarşı sanksiyaların uzadılmasını müzakirə edəcəklər.

AZXEBER.COM-un "Report"a istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının nümayəndəsi Ariana Podesta brifinqdə bildirib.

"Müzakirələr davam edir. Nazirlər bu məsələni bazar ertəsi müzakirə edəcəklər", - o deyib.

Qeyd edək ki, yanvarın 27-də Brüsseldə XİN rəhbərləri səviyyəsində Aİ Şurasının planlaşdırılmış aylıq iclası keçiriləcək.

 

OXŞAR XƏBƏRLƏR