Ukraynaya hərbi yardımla bağlı ABŞ-dən açıqlama

Ukraynaya hərbi yardımla bağlı ABŞ-dən açıqlama
DÜNYA
21:30 20.05.2025
433
ABŞ prezidenti Donald Trampın administrasiyası hazırda Ukraynaya əvvəllər qəbul edilmiş proqramlar çərçivəsində mövcud təchizatla yanaşı, yeni yardım paketləri ayırmaq niyyətində deyil.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

"ABŞ Ukraynaya silah tədarükünü dayandırmayıb, lakin yeni yardım paketlərinin formalaşdırılması imkanları ilə bağlı heç bir qərar yoxdur”, - deyə Rubio bildirib.

O, həmçinin bildirib ki, Vaşinqton və onun müttəfiqləri Ukraynaya təhvil verməyi planlaşdırdıqları "Patriot" hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı ilə üzləşirlər.

"Hətta NATO ölkələrində kifayət qədər Patriot sistemləri yoxdur. "Biz onları kifayət qədər sürətli istehsal edə bilmərik", - deyə ABŞ dövlət katibi etiraf edib.
OXŞAR XƏBƏRLƏR