Sədaqət Əhmədova Vaxtı xərcləyirik milyonçulartək – Yığıb saxlamağa daxılımız yox.Yeganə səxavət və sərvətdir ki,Heyrət edənimiz, paxılımız yox.Hər kəs öz mənini sayır təbərrük – Mənəmlik nemətmiş, sadəliksə yük!Büyük də böyükdü, kiçik də böyük – Ağıl öyrənəsi ahılımız yox.Günahlar, yalanlar əydi dünyanı,Əyrilər kürk kimi geydi dünyanı.Cırtdanlar div olub yedi dünyanı – Daha aldanası nağılımız yox...Hürkə-hürkə pozduq izlərimizi,Qırpa-qırpa yumduq gözlərimizi.Zaman dəyirmanı üyüdür bizi – Ağzına atası taxılımız yox.ULAMAQ İSTƏYİRMİ QƏLBİN YALQUZAQ KİMİEşitdim,Çoxdankı istəyinə yetmisən...Başqa bir ölkəyə köçüb getmisən – Tənhalıqdır adı...Xoşuna gəlirmi yeni vətənin?..Neçədir havası, suyu ölkənin?Yayı çoxmu soyuqdur,Qışı çoxmu isti?Soyuq ocaqlarından qalxırmı qəmli tüstü?Torpağında açırmı dərd qoxulu çiçəklər?Çiçəklərdən öpürmü qəm rəngli kəpənəklər?Sərt küləklər əsirmi ruhun pəncərəsindən?Almağa tələsirmi yaddaşın səni səndən?Ulamaq istəyirmi qəlbin – yalquzaq kimi?Doluxsunub baxırmı gözlərin – uşaq kimi?Bunları sən haradan öyrənmisən – soruşdun. Mən ki sənə demişdim...Mən illərdir bilirdim getdiyin qürbət nədir.Qürbət ağlın çölündə,Qəlbinsə... İçindədir.***Telefonun dəstəyinə uzanır qəlbim,Pıçıldayır,Pıçıldayır-Zəng elə...Sanki hər şey düzələcək bir qəfil,cəsarətsiz, kövrək, ürkək zəng ilə...Bir yandan da Şeytan tapıb fürsəti,Cığal-cığal dümsükləyir fikrimdəki niyyəti –Dəyərini bilməyənin nömrəsini yığıb-yığıb dəng elə! Amma çətin, dəng eləmək unudana layiq olan bir cəzaya tən gələ..