Ulduz futbolçu "Milan"dan ayrılır

İDMAN
08:10 16.08.2012
1465

İtaliyanın "Milan" klubu daha bir ulduz futbolçusu ilə yollarını ayırır.

Qol.Az-ın İtaliya mətbuatına istinadən verdiyi məlumata görə, Antonio Kassano komandadan ayrılmaq istədiyini açıqlayıb.

30 yaşlı futbolçu bunu "Milan"ın əsas heyətindən kənarda qalması ilə izah edib. Kassano yeni mövsümdən əsas heyətdə çıxış edəcəyi komandanın formasını geyinməyin onun üçün daha vacib olduğunu bildirib. Kasssanonun İspaniya və İtaliyanın digər klublarından təkliflər aldığı bildirilir.

Qeyd edək ki, ötən mövsüm "Milan"a transfer edilən Kassano keçirdiyi 33 oyunda 7 qola imza atıb.

OXŞAR XƏBƏRLƏR