Ulduz futbolçu üçün mövsüm başa çatdı

İDMAN
19:43 20.09.2023
221
Xorvatiya millisinin və İngiltərənin "Tottenhem” klubunun futbolçusu İvan Perişiç üçün mövsüm başa çatıb.

Buna səbəb 34 yaşlı yarımmüdafiəçinin zədələnməsidir.

Ulduz futbolçunun məşq zamanı sağ dizinin ön çarpaz bağının yırtıldığı aşkarlanıb. Tezliklə əməliyyat olunacaq Perişiç mövsümün qalan hissəsini bərpa prosesinə həsr edəcək.

Qeyd edək ki, İvan Perişiç bu mövsüm "Tottenhem”in heyətində keçirdiyi 6 oyunda 2 məhsuldar ötürmə verib.
OXŞAR XƏBƏRLƏR