"Ulu Öndər Heydər Əliyev daim xalqın yaddaşında yaşayacaq” - Aydın Hüseynov

"Ulu Öndər Heydər Əliyev daim xalqın yaddaşında yaşayacaq” - Aydın Hüseynov
SİYASƏT
12:46 12.12.2025
135
"Heydər Əliyevin ən böyük əsəri müasir Azərbaycan dövlətidir. O, Azərbaycan dövlətinin əsasını möhkəm və sarsılmaz təməllər üzərində qurub”.

Bu sözləri AZXEBER.COM-açıqlamasında Heydər Əliyevin anım günü ilə bağlı Milli Məclisin deputatı Aydın Hüseynov deyib. 

O bildirib ki, Ulu Öndər Heydər Əliyev bütün mənalı ömrünü Azərbaycan xalqının inkişafına həsr edib:

"Ulu Öndər Heydər Əliyev bütün mənalı ömrünü Azərbaycan xalqının inkişafına həsr edib. Onun Azərbaycan Sovet Sosialist Respublikasının birinci katibi olduğu dövrdə respublikamız aqrar ölkədən inkişaf etmiş, sənaye və elm mərkəzinə çevrildi. Bütün sahələrdə ciddi nailiyyətlər əldə olundu. Heydər Əliyevin qətiyyətinin göstəricisi kimi Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu inşa edildi, Bakı Məişət Kondisionerləri Zavodu fəaliyyətə başladı. Cəmşid Naxçıvanski adına Hərbi Lisey yaradıldı. Hər il yüzlərlə gənc ittifaqın aparıcı universitetlərinə təhsil almağa göndərilirdi. Bütün bu uğurlar Heydər Əliyevin böyük cəsarətinin, liderlik bacarığının və yorulmaz fəaliyyətinin nəticəsi idi”.

Deputat qeyd edib ki, Heydər Əliyev Azərbaycanı bəlalardan xilas etdi:

"1993-cü ilin əvvəllərində ölkəmiz parçalanma təhlükəsi ilə üz-üzə idi. Belə ağır bir dövrdə Heydər Əliyev qısa müddətdə Azərbaycanı bəlalardan xilas etdi, qardaş qırğınının qarşısını aldı və bütün sahələrdə islahatlara start verdi”.

"Bu gün Azərbaycanın əldə etdiyi nailiyyətlər Heydər Əliyevin uzaqgörən siyasətinə və möhkəm zəka sahibi olmasına söykənir. Ulu Öndərin siyasi kursunu Prezident İlham Əliyev uğurla davam etdirir. Torpaqlarımızın işğaldan azad edilməsi, mühüm enerji layihələrinin həyata keçirilməsi, Azərbaycanın regionda nəqliyyat-logistika mərkəzinə çevrilməsi möhtərəm Prezidentin ardıcıl siyasətinin nəticəsidir. Ulu Öndər Heydər Əliyev daim xalqın yaddaşında yaşayacaq”-, deyə deputat bildirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR