Ulu öndərə yeni mahnı və klip həsr olundu - VİDEO

MAQAZİN
16:00 12.12.2014
1440

Bəstəkar-şair Tural Bayraməliyev yeni mahnısını mərhum prezident Heydər Əliyevə ithaf edib.AZXEBER.COM-un məlumatına görə, söz və musiqisi T.Bayraməliyevə məxsus olan, “Ulu Öndər” adlanan bəstə Türkiyədə peşəkar musiqiçi heyəti tərəfindən aranjiman olunub. Əməkdar artist Almaz Ələsgərlinin ifasında lentə alınan mahnı çoxlu sayda skripkanın və müxtəlif alətlərin müşayiəti ilə yazılıb.Bəstəyə klip də çəkilib. Rejissor Natiq Novruzovun ekran həyatı verdiyi klipdə, həmçinin, sinxrondan istifadə edilib.Yeni işi ilə bağlı açıqlama verən T.Bayraməliyev bunları deyib:

“Ulu öndərimiz musiqini duyan və ona dəyər verən şəxsiyyət olub. Onun xatirəsini əziz tutan belə bir layihəni ərsəyə gətirməyi özümə borc bildim. Həm musiqidə, həm sözlərdə, həm də klipdə dahi şəxsiyyəti əks etdirməyə çalışmışıq”.

Xatırladaq ki, buna qədər Tural Bayraməliyev Heydər Əliyev haqda “Xalqımızın qəlbindəsən” (ifa - xalq artisti Nisə Qasımova) və “Ölməz prezident” (ifa - əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədova bacıları) nəğmələrini yazıb.

OXŞAR XƏBƏRLƏR