AZXEBER.COM-un məlumatına görə, tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin Kiyev şəhərindəki abidəsinin önünə tər çiçəklər qoymaqla, Ulu Öndərin parlaq xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.
Rəsmi hissədən sonra Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu və Ukrayna Milli Akademik Sinfonik arkestrinin ifasinda ,Fikrət Əmirovun əsərlərindən ibarət maraqli konsert proqramı nümayiş etdirilib. Ulu Öndərin parlaq xatirəsinə işıq saçan gecədə, sinfonik arkestrin müşaiyətiilə xalq artisti Fərhad Bədəlbəylinin pianino ifasında səslənən "Azərbaycan kapriççiosu” ,”Ərəb mövzusunda fortepiano üçün konser” və digər azərbaycan klassiklərinin əsərləri ukraynalı musiqisevərlər tərəfindən böyük alqışlarla qarşılanıb.
Onu da qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə may ayının 12-də Kiyev şəhərindəki Heydər Əliyev adına parkda Ulu Öndərin xatirəsinə həsr olunmuş 1-ci etno-caz festivalı, may ayının 18-də isə Borispol hava limaninda Azərbaycanın qədim və zəngin mədəniyyətini özündə əks etdirən gecə keçiriləcək.