Ulu Öndərin doğum günü Kiyevdə də qeyd olundu

Ulu Öndərin doğum günü Kiyevdə də qeyd olundu
SOSİAL
12:55 11.05.2017
850
Kiyev şəhərində Ümummili lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş sinfonik konsert keçirilib. 
AZXEBER.COM-un məlumatına görə, tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin Kiyev şəhərindəki abidəsinin önünə tər çiçəklər qoymaqla, Ulu Öndərin parlaq xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Sonra Ukrayna Milli Flarmoniyasının böyük kansert salonunda, Dahi Öndərin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş sinfonik konsert keçirilib.Ukraynanın dövlət və hökumət rəsmilərinin,tanınmış mədəniyyət və incəsənət xadimlərinin, xarici diplomatik korpus rəhbərlərinin və diaspora fəallarının iştirak etdiyi gecədə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev çıxış edərək,müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb.Onun müdrik dövlətçilik strategiyasının prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini vurğulayan səfir ,Azərbaycanla Ukrayna arasında tarixi dostluq əlaqələrinin möhkəm əsaslar üzərində qurulmasında Ulu Öndərin misilsiz xidmətlərindən bəhs edib.

Rəsmi hissədən sonra Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu və Ukrayna Milli Akademik Sinfonik arkestrinin ifasinda ,Fikrət Əmirovun əsərlərindən ibarət maraqli konsert proqramı nümayiş etdirilib. Ulu Öndərin parlaq xatirəsinə işıq saçan gecədə, sinfonik arkestrin müşaiyətiilə xalq artisti Fərhad Bədəlbəylinin pianino ifasında səslənən "Azərbaycan kapriççiosu” ,”Ərəb mövzusunda fortepiano üçün konser” və digər azərbaycan klassiklərinin əsərləri ukraynalı musiqisevərlər tərəfindən böyük alqışlarla qarşılanıb. 

Onu da qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə may ayının 12-də Kiyev şəhərindəki Heydər Əliyev adına parkda Ulu Öndərin xatirəsinə həsr olunmuş 1-ci etno-caz festivalı, may ayının 18-də isə Borispol hava limaninda Azərbaycanın qədim və zəngin mədəniyyətini özündə əks etdirən gecə keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Hələ istədiyim yerdə deyiləm" - Balaəli
12:27 27.06.2025
"Hələ istədiyim yerdə deyiləm" - Balaəli
Hindistan Çini sərhəd mübahisəsinin birdəfəlik həllinə çağırıb
12:22 27.06.2025
Hindistan Çini sərhəd mübahisəsinin birdəfəlik həllinə çağırıb
Devid Bekhem 22 il əvvəl aldığı zədəyə görə əməliyyat olunub
12:16 27.06.2025
Devid Bekhem 22 il əvvəl aldığı zədəyə görə əməliyyat olunub
Sabah 37 dərəcə isti olacaq
12:12 27.06.2025
Sabah 37 dərəcə isti olacaq
Kinostudiyada baş verən partlayışda kinostudiyasının inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
12:10 27.06.2025
Kinostudiyada baş verən partlayışda kinostudiyasının inzibati binası və yaxın yaşayış binasına ziyan dəyib - RƏSMİ
Vinisius "Real Madrid"də nə qədər oynamaq istədiyini açıqladı
12:06 27.06.2025
Vinisius "Real Madrid"də nə qədər oynamaq istədiyini açıqladı
II Qareginin iqamətgahı yaxınlığında keşişlərlə güc strukturları arasında toqquşma olub
12:05 27.06.2025
II Qareginin iqamətgahı yaxınlığında keşişlərlə güc strukturları arasında toqquşma olub
Röya Ayxandan “Səninəm”ə yeni nəfəs  - VİDEO
11:54 27.06.2025
Röya Ayxandan “Səninəm”ə yeni nəfəs - VİDEO
Ermənistanda hakimiyyət çevrilişinə cəhdlə əlaqədar daha bir keşiş saxlanılacaq
11:47 27.06.2025
Ermənistanda hakimiyyət çevrilişinə cəhdlə əlaqədar daha bir keşiş saxlanılacaq
Öykü Gürman “Gassal”da
11:45 27.06.2025
Öykü Gürman “Gassal”da
Çin və ABŞ arasında razılıq əldə olunub
11:39 27.06.2025
Çin və ABŞ arasında razılıq əldə olunub
Sudan Azərbaycandan tələbələr üçün ayrılan təqaüdlərin artırılmasını xahiş edib
11:38 27.06.2025
Sudan Azərbaycandan tələbələr üçün ayrılan təqaüdlərin artırılmasını xahiş edib
İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
11:36 27.06.2025
İlham Əliyev Sudanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
İlham Əliyev: Azərbaycan ilə Aİ arasında yüksək səviyyəli təmaslar yeni səhifənin açılmasına şərait yaradır
11:32 27.06.2025
İlham Əliyev: Azərbaycan ilə Aİ arasında yüksək səviyyəli təmaslar yeni səhifənin açılmasına şərait yaradır
Uşaqlar arasında "beşinci xəstəlik" yayılıb - Nə etməli?
11:31 27.06.2025
Uşaqlar arasında "beşinci xəstəlik" yayılıb - Nə etməli?
DİN və Dövlət Komitəsi Məhərrəm ayı ilə bağlı vətəndaşlara müraciət edib
11:28 27.06.2025
DİN və Dövlət Komitəsi Məhərrəm ayı ilə bağlı vətəndaşlara müraciət edib