Ulviranın əri ondan ayrılmamaq üçün özünü bıçaqlayıbmış - SƏBƏB

MAQAZİN
00:27 05.03.2012
4684

ANS-in "Toy olsun" verilişinin aparıcısı Ulvira Qarayevanın həyat yoldaşı Tərlan Mustafayev intihara cəhd etməsinin səbəbini açıqlayıb.

"Tərlan Mustafayev polisə verdiyi ifadəsində özü-özünə xəsarət yetirdiyini etiraf edib. O bu addımı həyat yoldaşı Ulvira Qarayevanın ondan boşanmasına etiraz olaraq atdığını bildirib".

Bunu APA-ya açıqlamasında ANS-in “Toy olsun” verilişinin aparıcısı Ulvira Qarayevanın həyat yoldaşı Tərlan Mustafayevin (Dağlı) intihara cəhd etməsi ilə bağlı işin təhqiqatını aparan Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi Hikmət Vəliyev deyib.

Müstəntiq T. Mustafayevin özünə xəsarət yetirməsi ilə bağlı toplanmış materialların Sabunçu Rayon Prokurorluğuna göndərildiyini, yaxın günlərdə onun əməlinə hüquqi qiymət veriləcəyini qeyd edib.Böyük ehtimalla Sabunçu rayon Prokurorluğu tərəfindən T.Mustafayevin barəsində özünə qəsd etmə maddəsi ilə cinayət işi başlana bilər.

H.Vəliyev T.Mustafayevin mətbuata açıqlama verərək özünə xəsarət yetirən şəxsin o olmaması barədə dediklərinə də münasibət bildirib: “Bu məlumatlar həqiqətə uyğun deyil. Özünə xəsarət yetirən şəxs Tərlan Ağa oğlu Mustafayevdir.Onun və ailə üzvlərinin ifadəsi alınıb.Bir daha qeyd edirəm ki, Tərlan həyat yoldaşı Ulvira Qarayevanın ondan ayrılmaq istədiyi üçün bu addımı atdığını etiraf edib”.

Qeyd edək ki, sözügedən hadisə fevralın 26-dan 27-ə keçən gecə Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsi, ev 6-nın qarşısında qeydə alınıb. 22 yaşlı Tərlan Ağa oğlu Mustafayev qarın nahiyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

T. Mustafayev son 2 ayda artıq üçüncü dəfədir ki, naməlum şəraitdə bıçaqlanır.

Xatırladaq ki, bıçaqlanan T. Mustafayev meyxanaçıdır, Tərlan Dağlı kimi tanınır.

T. Mustafayev ötən gün mətbuata açıqlama verərək bıçaqlanan şəxsin o olmadığını bildirib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

05:57 07.02.2025

BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir