Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) kadr dəyişikliyi olub.
AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, nazirliyin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri vəzifəsinə Səyyarə Məmmədova təyinat alıb.
Səyyarə Məmmədova bundan əvvəl ETSN-nin protokol sektorunun müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, bundan əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin Umayra Tağıyeva Milli Hidrometeorologiya Departamentinin direktoru vəzifəsinə təyin olunub.