UNEC məzunlarına müraciət etdi

UNEC məzunlarına müraciət etdi
SOSİAL
14:11 03.06.2024
147

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) məzunlar arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi məqsədilə sorğu keçirir.

Bu barədə AZXEBER.COM-a UNEC-in Karyera Mərkəzindən məlumat verilib.

Bildirilib ki, məqsəd məzunlarla daha sıx əməkdaşlıq əlaqələri qurmaq, məşğulluq göstəricilərini öyrənmək, uyğun vakansiyaları yönləndirmək, təhsilalanlara uğurlu karyera məsləhətləri vermək və birgə innovativ əməkdaşlığı inkişaf etdirməkdir:

"Bunun üçün hazırladığımız sorğunu cavablandırmağınızı xahiş edirik. Sizin fikirləriniz və təklifləriniz bizim üçün çox dəyərlidir və birgə fəaliyyətimizin daha effektiv qurulmasına dəstək olacaq”.

Sorğuda iştirak etmək istəyən məzunlar linkə keçid edə bilərlər:

https://forms.gle/cWeTKXfBbEDCKKnV6  

 


OXŞAR XƏBƏRLƏR