Unibank 2020-ci ilin üçüncü rübünü mənfəətlə başa vurub

İQTİSADİYYAT
12:28 23.10.2020
263

"Unibank” KB ASC 2020-ci ilin 3-cü rübünün maliyyə nəticələrini açıqlayıb. 30 sentyabr 2020-ci il tarixinə Bankın əldə etdiyi mənfəət (prudensial hesabat üzrə) 11 milyon manat təşkil edib. Üçüncü rübün nəticələrinə görə, "Unibank"ın cəmi əməliyyat gəlirləri 2 milyon manat olub. 2019-cu ilin 3-cü rübü ilə müqayisədə 2020-ci ilk 9 ayında "Unibank”ın faiz gəlirləri 8% artaraq, 64 milyon manat təşkil edib. Hesabat dövrünün sonuna Bankın cəmi aktivləri 753 milyon manat olub.

İlin əvvəlindən Bankın məcmu kapitalının həcmində 7% artım qeydə alınıb. Hesabat dövrünün sonuna Bankın məcmu kapitalı 86 milyon manata çatıb.

2020-ci ilin ilk 9 ayı ərzində Bank ölkə iqtisadiyyatının maliyyə vəsaiti ilə təminatında iştirakını davam etdirib. Ümumi kredit portfeli bu ilin əvvəlindən 50 milyon manat (və ya 10%) artaraq 557 milyon manata çatıb. İlin ilk 9 ayı ərzində xüsusən biznesin kreditləşməsinə diqqət artırılıb. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi ilin əvvəlindən 16 % artıb. İlin əvvəlindən hesabat dövrünədək biznes sektoruna ayrılmış kreditlərin məbləği 95 milyon manat təşkil edib. "Unibank”ın Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlığı çərçivəsində may ayından başlayraq 3 milyon manatdan çox kənd təsərrüfatı təyinatlı güzəştli mikrokreditlər verilib.

İlin əvvəlindən 30 sentyabradək "Unibank”ın depozit portfeli 474 milyon manat təşkil edib.

Xalqımız, dövlətimiz, hər bir vətəndaşımız üçün çox vacib, taleyüklü, qürurverici bir tarixi yaşadığımız bu günlərdə, Unibank olaraq dövlətimizin yanındayıq. Unibank bu dəstəyini həm maddi, həm də mənəvi formada göstərir. Hazırda Bankın 20-dən artıq əməkdaşı torpaqlarımızın azadlığı uğrunda cəbhədə düşmənə qarşı döyüşür. Bank ordumuza dəstək olaraq, Silahlı Qüvvələrə Yardım Fonduna 100.000 AZN məbləğində dəstək olub. Bankın əməkdaşları və müştərilərinə uBank mobil əlavəsi vasitəsilə Silahlı Qüvvələrə Yardım Fonduna dəstək olmaq və bonuslarını Fonda pul formasında hədiyyə etmək imkanı yaradılıb. Böyük Qələbədən sonra işğaldan azad olunmuş şəhərlərdə yeni filiallar açmaq, vətəndaşlarımızın və dövlətimizin inkişafına dəstəyi davam etdirmək Unibankın əsas hədəfləri sırasındadır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

12:29 05.12.2020

Vətən Müharibəsində həlak olan mülki şəhidlərin ailə üzvlərinə sosial ödənişlər təyin edildi - RƏSMİ

12:25 05.12.2020

Vətən Müharibəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verildi - RƏSMİ

12:19 05.12.2020

Gələn ilin bayram günləri açıqlandı

11:42 05.12.2020

Gəncədə “Rəmiş” ləqəbli narkotacir saxlanıldı - Foto

11:22 05.12.2020

Bakıda yaşadığı yeri tərk edən koronavirus xəstəsi barədə cinayət işi başlanıldı

11:14 05.12.2020

Azercell RİİB –in təşəbbüsü ilə Könüllülərə güzəşt təqdim edir

10:53 05.12.2020

“Minaya düşdük, dostum “sağsan?” deyə qışqırdı, sonra getdim ki, şəhid olub”

10:44 05.12.2020

Karantində toy edən məşhur iş adamı imiş

10:42 05.12.2020

Özünə Bakıda restoranda ad günü keçirən məşhur model cərimələndi - VİDEO

23:55 04.12.2020

“Bütövləşən Azərbaycan - 44 günlük Zəfər Salnaməmiz” adlı vebinar keçirilib

23:44 04.12.2020

Samuxda evdə partlayış olub: Xəsarət alanlar var

23:19 04.12.2020

“Qarabağ” - “Qəbələ” oyununun hakimləri açıqlandı

22:52 04.12.2020

Əvvəl şəhid olduğu deyildi, sonra sağ olduğu üzə çıxdı - Video

22:48 04.12.2020

"Türk qoşunu gedib Xankəndidə post quracaq, bayrağını asacaq, bu mümkündürmü?" — Rasim Musabəyov

22:39 04.12.2020

Gürcü nazir: “Pandemiyaya baxmayaraq BTQ ilə 300 min tona yaxın yük daşınıb”

22:17 04.12.2020

“Qarabağ münaqişəsi Rusiya ilə Türkiyənin ortaq məxrəcə çatmaq üçün yol tapmasına nümunədir”