Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu

Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
İQTİSADİYYAT
15:56 07.03.2026
182
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə (Women’s Empowerment Principles – WEPs) rəsmi olaraq qoşulduğunu elan edir. Bu addım Bankın iş mühitində, biznes fəaliyyətində və cəmiyyətdə gender bərabərliyinin təşviqinə, eləcə də qadınların səlahiyyətləndirilməsinə töhfə vermək niyyətini əks etdirir.

Elan qlobal səviyyədə hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq Qadınlar Günü ərəfəsində edilir və Bankın daha inklüziv və bərabər imkanlara malik maliyyə sektorunun inkişafına dəstəyini nümayiş etdirir.

Qadınların Səlahiyyətləndirilməsi Prinsipləri BMT-nin Qadınlar Agentliyi (UN Women) və BMT-nin Qlobal Sazişi (UN Global Compact) tərəfindən hazırlanmış beynəlxalq çərçivədir. Bu prinsiplər biznes qurumları üçün gender bərabərliyinin təşviqi, qadınların iqtisadi fəaliyyətə daha geniş cəlb olunması və inklüziv iş mühitinin formalaşdırılması istiqamətində praktiki yanaşmalar təqdim edir.

Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşulmaq "Unibank”ın Dayanıqlılıq Strategiyası çərçivəsində həyata keçirilən təşəbbüslərdən biridir. Strategiya Bankın fəaliyyətində ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin sistemli şəkildə inteqrasiyasını nəzərdə tutur.
Bu öhdəlik çərçivəsində Unibank təşkilat daxilində müxtəliflik və inklüzivliyi daha da gücləndirməyi, qadın liderliyini təşviq etməyi və həm Bank daxilində, həm də biznes ekosistemində qadınlar üçün daha geniş imkanların yaradılmasına töhfə verməyi hədəfləyir.
Bu addım "Unibank”ın beynəlxalq qabaqcıl təcrübələrə uyğun fəaliyyətini bir daha təsdiqləyir və Bankın məsuliyyətli maliyyə institutu kimi cəmiyyətə müsbət və uzunmüddətli təsir yaratmaq istiqamətində səylərini gücləndirir.

Unibank – Sənin Bankın!

OXŞAR XƏBƏRLƏR