Unibank hüquqi şəxslərə də onlayn hesab açmaq imkanı yaratdı

Unibank hüquqi şəxslərə də onlayn hesab açmaq imkanı yaratdı
İQTİSADİYYAT
11:29 20.07.2020
1144
Unibank biznes sahibləri üçün onlayn xidmətlərini genişləndirir.
 
AZXEBER.COM xəbər verir ki, biznes müştərilərinin işini asanlaşdırmağı, onlara banka gəlmədən, elə işlərinin başında xidmət göstərməyi hədəfləyən Unibank, hüquqi şəxs olan sahibkarlar üçün də onlayn bank hesabı açmaq xidmətini istifadəyə verib. Bir neçə ay əvvəl fərdi sahibkarlara təqdim olunan bu xidmət, artıq hüquqi şəxs olan biznes sahiblərinə də əlçatandır. İndi hüquqi şəxs olan sahibkarlar da banka gəlmədən, öz iş yerlərindən onlayn hesab aça biləcəklər.Onlayn hesab açılan zaman rekvizitlər birbaşa biznes sahibinin özünə göndərilir və hesabı aktivləşdirməyə görə banka gəlməyə ehtiyac qalmır.

"Unibank”da onlayn hesab açmaq üçün sadəcə bunları etmək lazımdır:

- Unibank.az saytından (https://hesab.unibank.az/login) "Onlayn hesab açın” bölməsinə daxil olursunuz;

- Buradakı ərizə formasını doldurub ASAN İmza vasitəsilə imzalayırsınız;

- Sizə uyğun vaxtda bank ilə videozəng əlaqəsi qurduqdan həmən sonra hesabınız aktiv edilir və rekvizitlər sizin elektron poçtunuza göndərilir;

- Onlayn hesab açılan kimi dərhal İnternet Bankinq və Mobil Bankinq xidmətləri də aktiv olunur və hesabınızda istədiyiniz əməliyyatı artıq apara bilərsiniz.

Məhsul və xidmətlərdə rəqəmsallaşmanı əsas götürən Unibank, hazırda biznes sahiblərinə çoxsaylı onlayn bank məhsul və xidmətləri təklif edir. Banka gəlmədən onlayn hesab açmaq, tranş kredit xəttindən onlayn istifadə etmək, onlayn formada İB və MB qoşulmaq, onlayn overdraft kreditlərindən faydalanmaq biznes sahiblərinə istədikləri yerdə və istədikləri vaxt keyfiyyətli onlayn bank xidməti ilə təmin olunmaq imkanı yaradır.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 10.00-dan 17.00-dək "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül”, "Yasamal”, 15 saylı, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank- biznes mərkəzi”nə, eləcə də "Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan və bankın saytından https://www.unibank.az/az/corporate-clients əldə etmək olar.

Unibank-Biznesinizə daimi dəstək!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
11:32 15.09.2025
Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
11:30 15.09.2025
"Atamdan başqa üzərimdə heç kimin haqqı yoxdur" - Səidə
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
11:16 15.09.2025
Azərbaycanın 10 milyonuncu sakini birinci sinfə getdi
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
11:02 15.09.2025
AZAL turizm gününə özəl endirim kampaniyası elan edir
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
10:52 15.09.2025
“McDonald’s Azərbaycan” şəhid ailələrindən olan birinci sinif şagirdlərini məktəb ləvazimatları ilə təmin etdi
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
10:42 15.09.2025
Tatlısesin nəvəsi "Oksford"a imtahan verdi
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
10:39 15.09.2025
“Əmanətə Sədaqət” layihəsinin yeni iştirakçıları ilə görüş keçirilib - FOTOLAR
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
10:36 15.09.2025
Bank Respublika Ağdamın Xıdırlı və Kəngərli kənd məktəblərində birinciləri sevindirib - FOTOLAR
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
10:31 15.09.2025
Bakıda bu yollarda “yaşıl işıq”dır - Siyahı
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
10:28 15.09.2025
İtaliyalı motosikletçi yarış vaxtı aldığı xəsarət səbəbindən vəfat edib
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
10:24 15.09.2025
Keçən il "mən azərbaycanlıyam" demişdi, dünən Xankəndidə təxribat törətdi - VİDEO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
10:18 15.09.2025
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanı təbrik edib
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
09:55 15.09.2025
Prezident Daşbulaqda tut bağında görülmüş işlərlə tanış oldu - FOTOLAR
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
09:45 15.09.2025
İlham Əliyev Xocalı rayonunun Seyidbəyli kəndində olub - FOTOLAR
Bakıda evdən meyit tapıldı
09:38 15.09.2025
Bakıda evdən meyit tapıldı
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq
09:34 15.09.2025
Dünya çempionatı: Azərbaycanın daha üç güləşçisi bu gün mübarizəyə başlayacaq