Unibank müştəriləri üçün yeni bir xidmət təqdim edir

İQTİSADİYYAT
10:18 29.07.2021
630
Leobank – bütün bank xidmətlərini və məhsullarını özündə birləşdirən "Unibank”ın bir mobil bankçılıq xidmətidir. İnnovativliyi və çoxfunksionallığı ilə seçilən bu mobil tətbiq şəxsi vəsaitinizin idarəsini inanılmaz dərəcədə rahat edir.

"Leobank”ın məhsulları müasir "rəqəmsal” müştəriləri hədəf alıb və yeni bir marketinq strategiyası ilə bazara çıxarılacaq. Ukraynada monobank və Britaniyada koto-nun yaradıcısı olan Britaniya texnologiyalı Fintech Farm şirkətinin yeni rəqəmsal platforması əsasında hazırlanan Leobank müştərilərini yeni fərdi bankçılıq aləti ilə təmin edəcək.

Müştərilərə təqdim olunan xidmətlər Revolut, Tinkoff və "monobank”dakı kimi tamamilə rəqəmsal olacaq. Bu, bir sıra xidmətlərin qiymətini aşağı salmaq və ya tamamilə pulsuz etmək imkanı yaradacaq ki, nəticədə müştərilərimiz üçün bank xidmətlərinin xərclərinin xeyli azalmasına səbəb olacaq.

"Leobank”ın bazara çıxarılmasında məqsəd yeni bir müştəri seqmentini cəlb etmək, eyni zamanda Azərbaycan Respublikasında nağdsız ödənişlərin daha da inkişafına təkan verməkdir.

Leobank üçün xüsusi olaraq yaradılmış mobil tətbiqdə geniş bank xidmətləri təqdim olunub: pulsuz köçürmələr, rahat kommunal ödənişlər, kart ödənişlərinə görə "cashback” qazanmaq imkanı, maliyyə əməliyyatlarınıza daimi nəzarət. Xüsusi təlim keçmiş peşəkar dəstək əməkdaşları isə istənilən müştəri suallarına qeyd olunan kanallardan (WhatsApp, Facebook Messenger, Telegram), ya da telefonla cavab təqdim edəcəklər.
Bu gündən etibarən "Leobank”ın rəsmi veb saytı Leobank.az fəaliyyətə başlayıb. Bu saytdan artıq "Leobank”ın pulsuz Black Visa kartını öncədən sifariş etmək mümkündür. "Leobank”da qeydiyyatdan keçən ilk müştərilər sentyabrın əvvəlində mobil tətbiqdən tam istifadə edə biləcəklər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:00 25.09.2021

Konqres Əfqanıstana görə Baydenə qarşı impiçment tələb edir

23:30 24.09.2021

Dövlət Departamenti "Taliban"ın Əfqanıstanda edam cəzasını bərpa etməyini qınayıb

23:12 24.09.2021

Hikmət Hacıyev İranın xarici işlər nazirinin müavini ilə görüşüb

22:46 24.09.2021

Azərbaycan və Türkiyə gəncləri İstanbulda Anım Gününü qeyd edəcək

22:29 24.09.2021

ABŞ-da üçüncü doz vaksinasiya çağırışı edilib

22:01 24.09.2021

Türkiyədə koronavirusa gündəlik yoluxma 27 mini ötdü

21:48 24.09.2021

Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”

21:37 24.09.2021

Səfir: “İranda özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub, Azərbaycanın ərazi bütövlüyü qorunmalıdır”

21:21 24.09.2021

Azad edilmiş ərazilərin bərpa və yenidənqurma mərhələsində Aİ-nin də iştirakı mümkündür

21:08 24.09.2021

Avropa İttifaqı BMT Baş Assambleyası üzvlərini pandemiya ilə mübarizəyə dair razılaşmanı dəstəkləməyə çağırıb

20:19 24.09.2021

Bakıda məktəb bufetlərinin açılmasına hazırlıq işləri görülür

19:57 24.09.2021

Əfqanıstanın yeni hökuməti Rusiyadan dəvət gözləyir

19:49 24.09.2021

Ermənistanda koronavirusa yoluxanların sayı 256 554-ə çatıb

19:32 24.09.2021

İcra katibi: "Azərbaycan MDB iqtisadi məkanında əhəmiyyətli yerə malikdir"

19:19 24.09.2021

“Qarabağ”ın oyununun hakimləri açıqlandı

19:06 24.09.2021

Daha 7 müəssisədə pozuntular aşkarlandı