Unibank nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib

Unibank nüfuzlu Almaniya bankından 5 milyon avro kredit cəlb edib
İQTİSADİYYAT
16:09 12.05.2025
869

Unibank beynəlxalq maliyyə əməkdaşlığını genişləndirərək Almaniyanın nüfuzlu maliyyə institutu olan AKA Ausfuhrkredit-Gesellschaft mbH ilə tərəfdaşlığa başlayıb.

AZXEBER.COM xəbər verir ki, bu tərəfdaşlıq çərçivəsində AKA Bank "Unibank”a 1 illik müddətə 5 milyon avro məbləğində kredit xətti ayırıb. Bu əməliyyatda "Unibank”ın məsləhətçisi kimi Quantum International çıxış edib.

Kredit vəsaitləri yerli şirkətlərin beynəlxalq ticarət əməliyyatlarının maliyyələşdirilməsi, ixracyönlü fəaliyyətin dəstəklənməsi, yerli sahibkarlığın inkişafı və bankın ümumi ticarət əməliyyatlarının gücləndirilməsi məqsədilə istifadə olunacaq. AKA Bank ilə bu tərəfdaşlıq çərçivəsində Unibank öz müştərilərinə daha rəqabətli və əlçatan maliyyələşmə imkanları təqdim edəcək.

Unibank KB İdarə Heyətinin sədri Fərid Abuşov bildirib: "AKA Bank ilə əməkdaşlığımız "Unibank”ın beynəlxalq maliyyə institutları ilə strateji tərəfdaşlıqlarının uğurlu nümunəsidir və bankımız üçün əhəmiyyətli strateji önəm daşıyır. Bu razılaşma bankımızın beynəlxalq səviyyədə etibarlılığını göstərməklə yanaşı, yerli sahibkarların ixrac potensialına dəstəyimizi də ifadə edir. Məqsədimiz Azərbaycan şirkətlərinin yeni bazarlara çıxışını asanlaşdırmaq və sahibkarlığın inkişafına töhfə verməkdir. AKA Bank ilə bu ilk addımın uzunmüddətli əməkdaşlığa çevriləcəyinə inanırıq. Bu əməliyyatın reallaşmasında bizə dəstək göstərən Quantum International-a təşəkkür edirik.”

AKA Bank-ın CEO-su Mark Vengrzik əlavə edib: "Unibank ilə əməkdaşlığımız bizim üçün strateji addımdır. Azərbaycan kimi inkişaf edən və perspektivli bir bazara daxil olmaqdan və bu prosesi Unibank kimi çevik və yerli bazara bağlı bir tərəfdaşla həyata keçirməkdən məmnunuq.”

Unibank KB haqqında:

"Unibank” KB ASC Azərbaycanın aparıcı kommersiya banklarından biridir. 33 ilə yaxın fəaliyyət dövründə Bank həm fiziki şəxslərə, həm də korporativ müştərilərə geniş çeşiddə bank xidmətləri göstərir. Unibank rəqəmsal bankçılıq və sahibkarlığın dəstəklənməsi sahəsində həyata keçirdiyi layihələrlə tanınır. Bank beynəlxalq tərəfdaşlıqlara açıqdır və xarici maliyyə institutları ilə əməkdaşlıq edərək yerli biznes üçün yeni maliyyə imkanları yaradır.

Quantum International haqqında:

Quantum International investisiya idarəçiliyi və maliyyə məsləhətçiliyi üzrə fəaliyyət göstərən şirkətdir. Şirkət həm fərdi sərmayəçilərlə, həm də beynəlxalq şirkətlər, dövlət investisiya fondları, birbaşa sərmayə fondları və yüksək riskli investisiya fondları ilə əməkdaşlıq edir və müxtəlif sahələr üzrə beynəlxalq səviyyədə fəaliyyət göstərir. Quantum International bu razılaşmada maliyyə mexanizminin hazırlanması, danışıqlar prosesinə dəstək və beynəlxalq normalara uyğun icra mərhələsinin əlaqələndirilməsi funksiyalarını yerinə yetirib.

AKA Bank haqqında:

Frankfurtda (Almaniya) yerləşən AKA Ausfuhrkredit-Gesellschaft mbH1952-ci ildən fəaliyyət göstərir, ixrac maliyyələşdirilməsi və risklərin idarə olunması üzrə ixtisaslaşıb. AKA Bank bankların və şirkətlərin xarici bazarlara maliyyə çıxışını dəstəkləyir və 70-dən çox ölkədə fəaliyyət göstərir. Son illərdə AKA Almaniyadan kənarda fəaliyyət sahəsini genişləndirərək, Avropa İxrac Kredit Agentlikləri ilə əməkdaşlığını gücləndirib və beynəlxalq bazarlarda iştirakını artırıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
Bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
Bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO