Unibank strateji prioritetlərini və korporativ dəyərlərini təqdim edib

Unibank strateji prioritetlərini və korporativ dəyərlərini təqdim edib
İQTİSADİYYAT
16:00 04.03.2024
317

Unibank 2024-2026-cı illər üçün hədəflərini, prioritetlərini açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, bankın rəhbər heyəti və əməkdaşların iştirakı ilə yeni strateji prioritetlərin və korporativ dəyərlərinin təqdimat mərasimi keçirilib. Tədbirdə ötən strateji dövrün hesabatı da verilib.

Unibank KB İdarə Heyətinin sədir Fərid Abuşov, ötən strateji dövrdə qarşıya qoyulan məqsədlərə çatıldığını və qarşıdakı illərdə bank komandasını yeni və daha böyük hədəflər gözlədiyini bildirib. Yeni strateji istiqamətlər haqqında məlumat verən sədr bildirib ki, qarşıdakı 3 il ərzində Bank əsas bazarda iştirak effektivliyini artırmaqla yanaşı, KOB və biznes seqmentlərinə xidmətə əhəmiyyətli dərəcədə fokuslanmağı hədəfləyir. Rəqəmsallaşmanın inkişafı, maliyyə dayanıqlılığı, müştəriyönümlülüyün artırılması və ictimai iştirakçılıq da bankın strateji prioritetləri sırasınadır.

Fərid Abuşov Unibankın yeni dəyərlərini də bank komandasının diqqətinə çatdırıb. Cəsarətlə yeniliklərə imza atmaq, dayanıqlılığı təmin etmək, dürüstlüyü nümayiş etdirmək, komanda işini təşviq etmək, davamlı təkmilləşmək və müştərilər üçün dəyər yaratmaq Bankın əsas dəyərlərini təşkil edir. Bank sədri yeni strateji hədəflərin və dəyərlərin Unibank komandası qarşısında böyük məsuliyyət qoyduğunu vurğulayaraq, bank kollektivini hər zaman yeni çağırışlara hazır olmağa çağırıb.

Tədbir zamanı çıxış edən müxtəlif bölümlərin rəhbər şəxsləri yeni strateji prioritetlərin və dəyərlərin komandanın hər bir üzvü üçün həm də fərdi inkişaf planı olduğunu bildiriblər. Hər bir əməkdaş bankın inkişafına öz dəstəyini eyni zamanda özünü inkişaf etdirməklə verə bilər. Rəhbər şəxslərin dəyərləri real həyat nümunələri, öz fərdi inkişaf hekayələri əsasında komanda üzvlərinə çatdırması yüksək maraqla qarşılanıb. Gündəlik fəaliyyət nümunələri ilə izah edilən dəyərlər, bank əməkdaşları tərəfindən daha dərindən mənimsənilib.

Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda UTM və filiallardan ibarət geniş xidmət şəbəkəsi mövcuddur. Eyni zamada bank xidmətlərinin əlçatanlığını artırmaq üçün 2022-ci ildə Leobank layihəsini bazara təqdim edib. 31 ildən artıq dövrdə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.Bank haqqında ətraflı https://unibank.az/ səhifəsindən öyrənə bilərsiniz.

 

 

Unibank-Sənin Bankın!

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
10:22 16.09.2025
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
Narkokuryer həbs olundu
09:57 16.09.2025
Narkokuryer həbs olundu
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı
09:45 16.09.2025
Qohumunun evindən 62 min manatlıq oğurluq etdi - Özünə maşın aldı