Unibank ötən il biznes kreditləşməsini kəskin artırıb

İQTİSADİYYAT
17:20 31.01.2023
266
"Unibank” KB ASC 2022-ci il ərzində biznes kreditləşməsinə xüsusi diqqət yetirib.
 
AZXEBER.COM xəbər verir ki, bankın tarixində ilk dəfə olaraq biznes kreditləri portfeli 31 dekabr 2022-ci il tarixinə 274 milyon manatı ötüb. Bu əvvəlki illə müqayisədə 32 milyon manata yaxın artım deməkdir. Ötən il ərzində biznes sektoruna ayrılmış kreditlərin məbləği 336 milyon manat təşkil edib. O cümlədən real sektora, kiçik, orta sahibkarlığa verilən kreditlərin həcmi 2021-ci illə müqayisədə 56% yüksəlib. Hesabat dövründə təkcə dövlət fondları hesabına maliyyələşən güzəştli kreditlərin həcmi 2021-ci illə müqayisədə 8 % artaraq 22 milyon manat olub.  Biznesə ayrılan vəsaitlərin artımı ilə yanaşı, "Unibank”ı seçən biznes sahblərinin sayı da 37% artıb. 

Biznes üzrə digər göstəricilərdə də xüsusi artımlar var. Belə ki, hesablaşma kassa əməliyyatları üzrə 32%, aktiv biznes müştəriləri sayında 40%  artım qeydə alınıb. Ötən il biznes müştəriləri hesablarında qalıq üzrə artım  65% olub. Kiçik, orta sahibkarlar üzrə kredit satış artımı 36.6%, işlək kredit portfelin artımı isə 19.1% təşkil edib. Ümumilikdə isə biznesə yönəlik məhsul və xidmətlərin əksəriyyəti avtomatlaşdırıldığından, biznes sahibləri onlayn xidmətlərə üstünlük verib. Təkcə onlayn kreditlərin satışında 2021-ci illə məbləğ olaraq müqayisədə 2022-ci ildə 92% artım var. Biznes sahibləri üçün istifadəyə verilən mobil əlavə sahibkarların bank xidmət və məhsulları ilə məsafədən təminatını bir qədər də artıracaq. 
 
Biznesə yönəldilən kreditlərin içərisində mikrokreditlərin xüsusi çəkisi də kəskin artıb. 2022-ci ildə mikrokedit portfelində 2021-ci illə müqayisədə 74 % artım qeydə alınıb. Əvvəlki ilə baxdıqda, 2022-ci il ərzində verilən mikrokreditlərin həcmi məbləğ olaraq 81%-dək, sayı isə 61% artıb. 2020-ci illə müqayisədə isə ötən il verilən mikrokreditlərin məbləğində 229%, sayında isə 170% artım olub.  
 
"Unibank”ın kiçik və mikro sahibkarlar üçün istifadəyə verdiyi avtomatlaşdırılmış kredit sistemi sahibkarların işini xeyli asanlaşdırdığından, ötən il ərzində ayrılan mikrokreditlərin böyük hissəsi  avtomatlaşdırılmış formada həyata keçirilib. 2022-ci ildə verilən kreditlərin 99%-i planşet üsulu ilə rəsmiləşdirilib. Planşetlərdə tətbiq olunan skorinq sistemi isə ötən il sahibkarların kredit almasını dəfələrlə asanlaşdırıb. Scorinqin vasitəsilə bank əməkdaşı rəqəmləri planşetə əlavə etməklə, müştərini avtomatik analiz edərək anında ona ayrılacaq kreditin məbləğini və şərtlərini təyin edə bilir.  Ötən il rəsmiləşdirilən mikrokreditlərin say baxımından 55%-i skorinq sistemi ilə verilib.   

Unibank- Sənin Bankın!

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:21 13.02.2025

"Bağıraraq danışan adamlar yalançı olur" - Cavidandan Əli Nura cavab

15:13 13.02.2025

Kirkorovun yenidən vergi borcu olduğu ortaya çıxdı

15:11 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdı

15:09 13.02.2025

Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi

14:34 13.02.2025

İsrailin hədəfi yenə İran oldu - ABŞ mediası mühüm faktları açıqladı

14:23 13.02.2025

Burak Özcivit ilə şəkil çəkdirməyə görə 1 milyon ödəyib? - AÇIQLAMA