'Unibank' zorla böyrəyini satdırmaq istədiyi müştərisini həbs etdirdi - VİDEO

SOSİAL
01:25 26.08.2016
6531

'Unibank' zorla böyrəyini satdırmaq istədiyi müştərisini həbs etdirib.

Bu barədə hüquqşünas Əkrəm Həsənov facebook səhifəsində məlumat yayıb. Həmin məlumatı təqdim edirik:

“Unibanka təxmini 3000 borcu olan 38 yaşlı işsiz ailə başçısı Mübariz Bayramov haqda aprel ayında məlumat vermişdim. Həmkarım vəkilAqil Layıcovməlumat vermişdi ki, Unibank ona böyrəyini satıb kreditini qaytarmağı təklif etmişdi. Sonradan Mübariz Antikollektora müraciət etdi və böyrək alqı-satqısı barədə audioyazını da ictimaiyyələşdirdik. Aydın olmayan bir məqam idi: vəhşi təklifi ona Unibankın, yoxsa bankın borclarının qaytarılması ilə məşğul olan “BOA Kollektor Agentliyi”nin əməkdaşı idi. Mübariz apreldə bununla bağlı Baş Prokurora və Daxili İşlər Nazirinə şikayət də göndərmişdi.

4 ay idi ki, sakitçilik idi. Amma ötən həftə Mübarizi yenə kollektor narahat etməyə başladı. Antikollektorun əməkdaşı həmin kollektora zəng edərək Mübarizdən əl çəkməyi və yalnız qanuni yollarla hərəkət etməyi tələb etdi. Dünən isə Nərimanov rayon İcra şöbəsinin əməkdaşları Mübarizi gəlib evindən birbaşa məhkəməyə aparıblar. Nərimanov rayon məhkəməsinin hakimi Samir Məmmədov da onu 5 günlük həbs edib. Tələsik keçirilən bu məhkəmə iclasında Unibankın da nümayəndəsi iştirak edib və Mübarizin cəzalandırılmasını istəyib. İclasda hətta dövlət hesabına vəkilin də iştirakı təmin olunub, amma qərardan belə görünür ki, heç çıxış da etməyib.

Məsələ barəsində Antikollektora məlumatı Mübarizin qardaşı bu gün səhər verib. Dərhal məhkəməyə gedib qərarın surətini aldım. İcra məmurunun protokolunu hakim mənə vermədi. İcra məmurunun özünü də gördüm. Mənə bildirdi ki, bu işdə sonadək gedəcək və Mübarizə qarşı istintaqa da başlayacaq (mən də ona cavab verdim ki, biz də sonadək, Avropa Məhkəməsinədək gedəcəyik). Göründüyü kimi, iş açıq-aşkar sifarişlidir və qisas xarakteri daşıyır.

Elə bu gün qərardan apellyasiya şikayəti verdim. Ümid edirəm ki, şikayətə sabah baxılacaq.

Həbs yalnız borcun üzrsüz səbəbdən ödənilməməsinə görə ola bilər. Yəni borclunun pulu var, amma ödəmir. Bu faktı da icra məmuru sübut etməlidir. Təqsiri olmayan şəxsin cəzalandırılması qanuna ziddir. Bu barədə Konstitusiya Məhkəməsinin qərarı var. Borclu işsizdirsə, borcu necə ödəsin? Oğurluq etsin? Qarət etsin? Adam öldürsün? Vergi ödəmirsə, deməli, imkanı da yoxdur.

Borc görə həbs Azərbaycanın qoşulduğu “Mülki və siyasi hüquqlar haqqında beynəlxalq Pakt”ın 11-ci maddəsinin və “Avropa İnsan Hüquqları Konvensiyası”nın 4-cü Protokolunun 1-ci maddəsinin kobud şəkildə pozulmasıdır.

Göründüyü kimi, tək-tük də olsa, bəzi icra məmurları və hakimlərin köməyi ilə banklar borcluları bu cür qorxutmaq niyyətindən əl çəkmir, Azərbaycanda sosial gərginliyi artırır, dövlətimizi sarsıtmaq, onu dünyada biabır etmək istəyirlər.

Görəsən həmin icra məmurları və hakimlər bağlanan banklarda əhalinin və sahibkarların batan pullarına görə həmin bankların sahiblərini və rəhbərlərini, həmin banklara bərbad nəzarət etmiş Mərkəzi Bankın rəhbərliyini də həbs etməyə cürət edə bilərmi? Axı onlar da faktiki olaraq borcludur! Niyə borclarını ödəmirlər?P.S. Xatırladıram ki, oxşar iş üzrə artıq Avropa Məhkəməsinə şikayət vermişik. Bu kimi işlər üzrə Antikollektor vətəndaşlara PULSUZ hüquqi yardım edir. Buna görə də analoji problemlə üzləşənlər bizə müraciət etsin. Bu məsələ daim diqqət mərkəzimizdədir və yaxında bu barbar ənənəsinə son qoymaq üçün başqa addımlar da atacağıq…”

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
16:27 05.03.2026
"Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirdilər" - İlham Əliyev
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
16:23 05.03.2026
Prezident: Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
16:20 05.03.2026
Azərbaycan lideri: İstənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ"umuzu görəcək
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
16:18 05.03.2026
Prezident: İran tərəfindən Azərbaycan dövlətinə qarşı terror aktı törədildi
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
16:17 05.03.2026
Prezident sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçiridi
Azal Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil etdi
16:15 05.03.2026
Azal Naxçıvanla nəqliyyat əlaqəsinin təmin edilməsi üçün alternativ reyslər təşkil etdi
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
16:12 05.03.2026
“Sabahın alimləri” XV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırıldı
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
15:52 05.03.2026
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
15:50 05.03.2026
Rəsmi Təl-Əviv İranın Naxçıvana dron hücumlarını pislədi: Tehrandakı rejim xaos yayır
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
15:38 05.03.2026
Leyla və Arzu Əliyevalar “Leyla Medical Center”in Pediatriya Mərkəzində
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
15:36 05.03.2026
NATO Baş katibi: İranın Türkiyəyə raket atması 5-ci maddə üçün əsas yaratmır
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
15:17 05.03.2026
İranın Naxçıvanı vurması təsadüfi deyil: Azərbaycana hücumun nəticələri onlar üçün ağır olacaq
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
15:04 05.03.2026
Müharibə İrana necə təsir edəcək? - Amerikalı politoloqdan özəl açıqlama
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
15:01 05.03.2026
Qətər İranın Azərbaycana dron hücumlarını pislədi
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
15:00 05.03.2026
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
"Etirazlara başlayacağıq" - Təbrizli gənclər bəyanat verdi
14:45 05.03.2026
"Etirazlara başlayacağıq" - Təbrizli gənclər bəyanat verdi