Unibank bir müştərisini intihar həddinə catdırıb". Bu barədə tanınmış jurnalist Ramal Hüseynov açıqlama verib. O, bildirib: "Bankdan qadın müştəriyə deyirlər ki, indi 300 manat verməsən, 500 manat borc yazacağıq. Qadını son həddə çatdırıblar. Bu qədər qansızlıq hələ görməmişəm. Azərbaycanlıyıq biz yəni?"
AZXEBER.COM xəbər verir ki, jurnalist bu hadisə ilə bağlı banka zəng edib və məsələnin nə yerdə olduğunu müvafiq şəxslərə çatdırıb:
"Əgər Bazar ertəsinə qədər məsələ bu vəziyyətdə davam etsə, bütün jurnalist dostlarımdan xahiş edəcəm ki, bu məsələni gündəmdə saxlasınlar. Bu gün o qadın, sabah isə bizim yaxınlarımız bu vəziyyətə düşə bilər".
Jurnalist əlavə edib ki, Unibank müasir reketçilik ilə məşğuldur: "Vətəndaş borcunu verə bilmir və Unibank "Kollektor" adlanan müasir "vorzakon" şirkətlə müqavilə bağlayır. Bu vətəndaşı mal kimi satır o şirkətə, o şirkətdən öz pulunu alır və müştərini kollektor şirkəti ilə baş-başa buraxır. Kollektor şirkətinndə də insanları dinləməyən, telefonu üzünə bağlayan insanlar oturub. "Nə edirsən et, ged pulu gətir deyirlər". Dəxli yoxdur istəyirsən intihar et".
Ramal Huseynov Unibankın borc geri almaq üsulunu belə şərh edib: "Deməli bank kredit verəndə müştərinin az qala ata-anasinin doğum şəhadətnaməsinə də tələb edir. Sonra vətəndaş borcunu ödəmək üçün möhlət istəyəndə, onu "Kollektor" adlanan müasir reketlərin əlinə verir ki, gedin pul alın. Buna guya şirkət deyirlər, amma bu müasir reket və "vorzakon"luqdur. Unibank-ın qara üzü və qara işlərisdir bunlar. Haram olsun belə yolla qazanılan pullar. Utanmadan da danışırlar ki bu, müasir sistemdir-filan".