“Unibank”dan vətəndaşa özbaşınalıq - Şikayət

İQTİSADİYYAT
15:56 01.12.2015
3367
Şəki sakini bank fırıldağının qurbanı olub. 
Şəkinin Abbas kəndindən olan Vüqar Məmmədov Səfəralı yazıb ki, 2014-cü ilin fevralında Qabil adlı qonşusuna zamin durub: “Bu krediti alanda Qabilin maddi durumu onun borcunu ödəməyə imkan verməsini nəzərə alıb, mən ona zamin durmağa razılıq vermişdim.Bir il müddətində Qabil həmin krediti vaxtı-vaxtında ödədi. 2015-ci ilin fevralından sonra Qabilin maddi durumu pisləşdi və o təkrar kredit almaq üçün yenidən mənə müraciət etdi. Mən ona zamin durmaqdan imtina etdim. Sonradan o Unibanka özü gələrək kredit mütəxəssisi ilə gizli sövdələşib əlavə kredit müqaviləsi bağlamaqla 1012 (min on iki) manat pul alıb”.Şikayətçi bildirib: “Həmin vaxtdan Qabil krediti ödəmir. Bank mənə xəbərdarlıq etmədən Qabilə əlavə kredit verib, əlavə kredit müqaviləsi №928micSHEK/15 bağlayaraq məni zamin kimi saxlayıb. İndi də Qabil kredit borcunu ödəmədiyi üçün bank məni məhkəməyə verib. Məhkəmə maaşımdan tutulmasına dair qərar çıxarıb.Özüm Şəki Telekomunikasiya qovşağında işləyirəm. Unibank müştərinin ödəmək qabiliyyətini təkrar yoxlamadan, özlərinə kəmiyyət baxımından müştəri toplamaq xatirinə kredit xətti açır.Sonradan mənim kimi işləyən zaminin maaşından tutulması üçün məhkəməyə verir. Mən bildirmək istəyirəm ki, iki azyaşlı uşağım var, maddi vəziyyətim çox ağırdır, uşağımın biri autizim xəstəsidir. Ailəmi ancaq mən işləməklə dolandırıram. “Dəmir” bankdan kredit alıb autizim xəstəsi olan uşağı Bakı şəhərində müalicə etdirirəm”. Qarşı tərəfi də dinləməyə hazırıq...
Dia.az

OXŞAR XƏBƏRLƏR