“'Unibank'ın əlindən məni və ailəmi qurtarın” – 7 nəfərlik ailənin intihar BƏYANATI

“
SOSİAL
13:07 17.05.2017
19592

İsmayıllı rayonunda yaşayan və kiçik sahibkarlıqla məşğul olan Namət Əsgərov Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb. Müraciətdə bir sıra məqamlara toxunan Namət Əsgərov əsasən "Unibank” KB ASC-nin fəaliyyətindən və hərəkətlərindən narazılığını bildirib.

Namət Əsgərovun Mehriban xanım Əliyevaya ünvanladığı müraciətindən və N.Əsgərovun AZXEBER.COM-a danışdıqlarından belə məlum olur ki, sahibkar "Unibank”la uzun müddət əməkdaşlıq edib.

"Unibank”dan götürdüyü 95000 dollar kreditlə öz kiçik obyektini genişləndirmiş, yeni iş yerləri açmışdır. Birinci devalvasiyaya qədər ödənişləri tam gecikməsiz ödəmiş, birinci devalvasiyadan sonra Unibankın təklifinə əsasən yeni qaydada ödənişləri həyata keçirmişdir. İkinci devalvasiyadan sonra Unibank sahibkara heç bir güzəşt tətbiq etməmiş, əksinə, Namət Əsgərovun güzəşt və ya yeni şərtlərlə müqavilənin uzadılması təklifinə bank rəhbərliyi heç bir münasibət bildirməmişdir. Bank sahibkarın şifahi və yazılı müraciətlərinə rəğmən Namət Əsgərovu – borclunu məhkəməyə vermiş, borcun girovda olan evlərə (qeyd edək ki, 95000 dollar kredit götürmək üçün N.Əsgərov Unibanka 3 ev girov qoyub-öz evi, bacısının evi və digər qohumunun evi) və yeganə gəlir mənbəyi olan obyektinə yönəldilməsini tələb etmişdir.

Namət Əsgərov iddia edir ki, bank qərəzli şəkildə onun obyektini və evini əlindən almaq istəyir. Bu səbəbdən Unibankın istəyini gözündə qoyacağını söyləyən sahibkar bankla hər hansı razılaşma olmazsa, bank ona güzəşt tətbiq etməzsə, yeni ödəniş qrafiki verməzsə, girovda olan hər 3 evi, sonda isə ailəsi və özü ilə birgə obyektini yandıracağını bəyan edir.

Sahibkar birinci vitse-prezidentə ünvanladığı müraciətdə Unibankı belə xarakterizə etmişdir: "Unibankın bank olaraq siyasəti ondan ibarətdir ki, ölkədə ikinci qaçqın kütləsi yaratsın; evsiz-eşiksizlərin, didərginlərin sayını artırmaq öhdəliyi götürmüş bankların lideridir Unibank!!!”

Ümid edirik ki, Unibank rəhbərliyi, eyni zamanda aidiyyəti dövlət qurumları məsələyə dərhal reaksiya verərək böyük bir ailəni intihar pəncəsindən qurtarmış olacaqlar.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO