Unicapital səhmdarlarına 800 min manat dividend ödəyib

Unicapital səhmdarlarına 800 min manat dividend ödəyib
İQTİSADİYYAT
12:03 07.10.2022
398

"Unicapital İnvestisiya Şirkəti” ASC səhmdarlarına 800.000 AZN məbləğində dividend ödəyib.

Dividend ödənişi barədə qərar "Unicapital İnvestisiya Şirkəti” ASC-nin səhmdarlarının 30 sentyabr 2022-ci il tarixində keçirilmiş ümumi yığıncağında  qəbul edilib.

Şirkətin Bakı Fond Birjasında ticarət olunan səhmlərin sayı 100 000 ədəddir. Nominal dəyəri 3 AZN olan hər bir səhminə ödənilmiş dividend məbləği 8 AZN təşkil edib.

"Unicapital İnvestisiya Şirkəti” son illər ərzində investisiya bazarında tətbiq etdiyi strategiyasını  yeniləyib və şirkətin 2021-ci ildə təyin etdiyi yeni strategiyası  qısa zamanda öz nəticəsini verib. "Unicapital”ın uğurlu fəaliyyəti nüfuzlu dünya nəşrlərinin də diqqətini çəkməyi bacarıb. Böyük Britaniyanın "International Finance” jurnalının araşdırmasına əsasən, "Unicapital” "Azərbaycanda Ən İnnovativ Maliyyə Təşkilatı - 2021” və "Azərbaycanın Ən Yaxşı Foreks Provayderi - 2021” mükafatlarına layiq görülüb.

"Unicapital” 2007-ci ildən qiymətli kağızlar bazarında böyük təcrübəsinə sahib olan və Azərbaycan qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcminə görə ilk sıralarda yer tutan şirkətlərdən biridir. Nizamnamə kapitalı 100% "Unibank" Kommersiya Bankı ASC-yə məxsus olan Şirkət, ötən il 1.040.271 AZN xalis mənfəət əldə edib.

"Unicapital İnvestisiya Şirkəti” olaraq əsas məqsədimiz xidmət göstərdiyimiz bazarlara dəstək üçün ən yenilikçi və peşəkar maliyyə həlləri göstərərək, müştəri məmnuniyyəti və mükəmməl reputasiyamızı qorumaqdır.

Xidmətlərə gəldikdə isə şirkət müştəriləri üçün qlobal və yerli maliyyə bazarlarına açılan körpü rolunu oynayır. "Unicapital İnvestisiya Şirkəti” istər Azərbaycan bazarına daxil olmaq istəyən xarici investorlar, istərsə də yerli hüquqi və fiziki müştərilər üçün etibarlı tərəfdaşdır. İnvestisiya şirkəti qiymətli kağızlar bazarında həm əsas, həm də yardımçı investisiya xidmətləri göstərir. Həmçinin, şirkət yeni başlayan investorlar üçün ödənişsiz təlimlər və konsultasiyalar təşkil edir.

Xidmətlərimiz ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün saytımıza keçid edə bilərsiniz:  https://unicapital.az/

"Unicapital İnvestisiya Şirkəti” hal-hazırda Bakı Fond Birjasında ən uzunmüddətli üzvlüyə sahibdir və Birjanın standart listinqinə daxildir. Bu isə şəffaflığının və listinq qaydalarına uyğunluğunun birbaşa göstəricisidir.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik