Tayvanda universitetlərin birində zorlanma hadisəsi baş verib.“Taiwan Post” qazeti yazır ki, Tamkanq Universitetinin türkiyəli tələbəsi, 27 yaşlı oğlan öz müəlliminə təcavüz edib. Polis şikayətə əsasən onu saxlayıb. Onun evində axtarış zamanı 29 videokaset tapılıb. Videoda oğlanın müxtəlif qadınlarla cinsi əlaqədə olması göstərilir. Gəncin həmin qızları zorladığı bildirilir.Saxlanılan şəxs isə bunu inkar edib: “Mən həmin qadınlarla xoşluqla cinsi münasibətdə olmuşam. Videoların çəkilişindən onların xəbəri olub. Videoların surətlərini da onlara vermişəm”, - deyə gənc oğlan bildirib.