Amerikanın Şimali Korolina ştatında Uinqeyt Universitetində açılan atəş nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanaraq vertolyotla xəstəxanaya çatdırılıb.
AZXEBER.COM İTAR-TASS-a istinadən xəbər verir ki, insident tələbə şəhərciyindən keçən əsas küçədə baş verib.Ölənlərin tələbə olub-olmadığı barədə məlumat verilmir. Universitet dövrəyə alınıb. Hadisə yerinə gələn polislər korpusda axtarış aparırlar.