Universitetdə qan su yerinə axdı: onu sevməyən qızı güllələdi

DÜNYA
00:29 26.11.2012
1648

Ərzurumda 22 yaşlı F.D. adlı gənc ailəsindən istədiyi, amma ala bilmədiyi və ayrılmaq məcburiyyətində qaldığı tələbə, 20 yaşlı H.A-nı Atatürk universiteti, iqtisadiyyat fakültəsinin önündə tapançayla vurub. Sonra isə intihar məqsədilə özünə də atəş açıb.

Xəstəxanaya aparılan gənclərin vəziyyəti çox ağırdır.

Hadisənin bu gün yerli vaxtla saat 15:00 radələrində baş verdiyi bildirilir. 3-cü kurs tələbəsi H.A. imtahan vermək üçün universitetə gəlir. Burada keçmiş sevgilisi F.D. onu qarşılayır və onlar mübahisə edirlər. F.D. bir müddət sonra belindəki tapançasını çıxarır. Qızın qorxu dolu: «Etmə!» çığırtısına rəğmən iki dəfə atəş açır. Güllələr qızın boynuna və sinəsinə dəyir. Qız yerə yıxılır. F.D. isə tapançanı öz çənəsinin altına dayayaraq yenə atəş açır. Hadisə şahidləri təcili yardıma xəbər verirlər. Hər iki yaralı xəstəxanaya aparılaraq əməliyyat edilir.

Hadisədən sonra tələbələrin çoxunun şok yaşaması səbəbilə fakültədə imtahan ləğv edilib. Ərzurum əmniyyət müdürlüyü araşdırmaya başlayıb.

Çörək sexində çalışan F.D.-nin bir müddət öncə H.A. ilə sevgili olduğu, onu ailəsindən istədiyi bildirilir. Ancaq ailə bu evliliyə razı olmayıb və sevgililər ayrılıblar. Bu gün, deyilənlərə görə, F.D. qızla yenidən görüşərək münasibətləri bərpa etmək istəyirmiş.

Onun məhz ayrıldıqdan sonra maşınını satıb tapanca aldığı da iddia olunur.//milli.az

OXŞAR XƏBƏRLƏR