Universitetə hücumda 150 adam öldürülüb

DÜNYA
01:28 03.04.2015
1439

Əl-Şəbab qrupunun yaraqlıları Keniyanın Somali ilə sərhəd şimal-şərq regionunda yerləşən Qarissa universitetinə hücum edib. 150-yə yaxın adam öldürülüb, çoxlu sayda insan yaralanıb.

Əl-Şəbabın bəyanatında hücumun Keniya qoşunlarının Somalidə döyüşdüklərinə görə qisas almaq məqsədilə həyata keçirildiyini bildirib.

Hücum edənlərin Qarissa şəhərində universitet yataqxanasında tələbələri girov saxladıqları bildirilir.

Universitet kampusu Keniya ordusu və yerli polis tərəfindən mühasirəyə alınıb.

Ötən həftə Nayrobi universiteti bütün tələbələrinə Keniya kəşfiyyat agentliklərinin Əl-Şəbab qrupunun Keniyada böyük universitetlərə hücum hazırladıqları barədə xəbərdarlıq etmişdi.//publika.az

OXŞAR XƏBƏRLƏR