"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat

"Universitetlərin Bakıdan köçürülməsi sıxlığın azalmasına gətirəcək" - Deputat
SOSİAL
14:51 13.03.2026
383
"Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Bakıdakı universitetlərin köçürülməsi və bölgələrdə yeni universitetlərin açılması məsələsi əksini tapacaq.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı”nda əksini tapıb.

Milli Məclisin deputatı Fazil Mustafa AZXEBER.COM-a açıqlamasında deyib ki, bu ideyanın həyata keçirilməsi vacibdir:

"Bu ideya bir neçə dəfə müzakirə olunub və onun həyata keçirilməsi vacibdir. Hesab edirəm ki, bu istiqamətdə müəyyən addımlar atılacaq. Yeni universitetlərin yaradılması ilə yanaşı, köçürülmə məsələsi də önəmlidir. Bu, Bakıda sıxlığın azalmasına da kömək etməlidir. Belə bir yüngülləşmə bütövlükdə cəmiyyətimiz üçün vacibdir”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR