'Univision' mahnı müsabiqəsindən xəbər var - 'Birinci ol'

GƏNCLİK
10:43 09.05.2012
1912

Azərbaycanda ilk dəfə olaraq tələbələr arasında 17 may tarixində Heydər Əliyev adına Sarayda keçiriləcək ”Univision” mahnı müsabiqəsinin devizi artıq bəlli oldu. Qeyd edək ki, müsabiqənin yarımfinalı 15 may tarixində olacaq.

AGIN-in mətbuat katibi Səmayə Məmmədovanın AZXEBER.COM-a verdiyi məlumata görə, müsabiqədə qalibiyyətin, ali təhsil ocağında birinciliyin işarəsi olaraq deviz “Birinci ol” adlandırılıb. 

Devizin müəyyən olunması üçün aprel ayının 26-dan başlayan müsabiqəyə 10 gün ərzində ali təhsil ocaqlarının tələbələrindən 100-dən çox təklif daxil olub. Tələbələr devizin seçimində daha çox tələbəlik və birincilik sözlərindən istifadə ediblər. Devizin seçimi ilə bağlı keçirilən müsabiqə zamanı ən çox fəallıq göstərən unversitetlər Bakı Slavyan Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Xəzər Universiteti və İqtisad Universitetləri olub. Nəticə etibarı ilə verilən qərara əsasən deviz “Birinci ol” adlandırılıb. Bununla yanaşı hal hazırda metro stansiyalarda və şəhərin mərkəzi küçələrində “Univision” layihəsi ilə bağlı bilbordların asılması işlərinə başlanılıb. Eyni zamanda, universitetlərdə tələbələr tərəfindən fəal şəkildə fan klublar yaradılır. Qeyd edək ki, “Univision” mahnı yarışması Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) birgə təşəbbüsü ilə həyata keçiriləcək. Gələcəkdə bu musiqi yarışmasına xarici ölkələrdən olan universitetlərin də cəlb olunması istiqamətində işlər görülür.

OXŞAR XƏBƏRLƏR