UNRWA: Qəzzada görülməmiş aclıq mövcuddur

UNRWA: Qəzzada görülməmiş aclıq mövcuddur
DÜNYA
19:05 08.05.2025
490
İsrailin hücumu altında olan Qəzza zolağında görünməmiş aclıq yaşandığı açıqlanıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) açıqlama verib.
 
Açıqlamada, İsrailin sərhəd qapılarını bağlaması səbəbindən Qəzza zolağında görünməmiş aclıq hökm sürdüyü bildirilib.
 
İsrail martın 2-də ərzaq, dərman və humanitar yardım axınını dayandıraraq sərhəd keçidlərini bağladıqdan sonra Qəzza zolağı dərin humanitar böhranla üzləşib.

Qəzzadakı Fələstin hökuməti mənbələrinin məlumatına görə, bölgədə geniş miqyasda aclıq hökm sürür və aclıqdan ölənlərin sayı 57-yə çatıb. Aclıqdan ölənlərin əksəriyyəti uşaqlardır.

Dünya Bankının məlumatlarına görə, İsrailin son 20 aydır davam edən hücumları nəticəsində yoxsulluğun xeyli dərinləşdiyi Qəzzada yaşayan 2,4 milyon fələstinli demək olar ki, tamamilə xarici yardımdan asılı vəziyyətə düşüb.
 
Oksana



OXŞAR XƏBƏRLƏR