UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!

UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində!
İQTİSADİYYAT
15:35 13.03.2026
1978
Rəqəmsal bankçılıq xidmətlərinin genişləndirilməsi və müştəri məmnuniyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirən TuranBank ASC məsafədən xidmət imkanlarını daha da təkmilləşdirərək növbəti innovativ layihəsini təqdim edib.
 
AZXEBER.COM xəbər verir ki, artıq Bankın müştəriləri TuranBank mobil tətbiqi vasitəsilə UPT (Universal Payment Transfer) sürətli pulköçürmə sistemi üzərindən vəsaitlərini cəmi bir neçə toxunuşla həm göndərə, həm də qəbul edə biləcəklər. Qeyd edək ki, tətbiq edilən yeni funksionallıq müştərilərə bank filialına yaxınlaşmadan, günün istənilən vaxtı və dünyanın istənilən nöqtəsindən əməliyyat aparmaq imkanı yaradır.

UPT beynəlxalq pulköçürmə sisteminin CEO-su Murat Kastan: "Bu gün Azərbaycanda 11 bank UPT pulköçürmə sistemindən istifadə edir. Təxminən 15 illik uğurlu tərəfdaşlığın davamı olaraq, beynəlxalq pulköçürmə sistemlərinin rəqəmsallaşdırılması strategiyamız çərçivəsində TuranBank ilə əlaqələrimizi daha da genişləndiririk. Bank ilə 2024-cü ilin fevral ayında filiallarda başlayan əməkdaşlığımız bu gün mobil kanallara da inteqrasiya olunub. Bu çərçivədə iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə vermək bizi çox sevindirir.” 

"Müasir bankçılıq trendlərinə uyğun olaraq, strateji hədəfimiz müştərilərimizə ən qabaqcıl rəqəmsal həlləri təqdim etməkdir. Türkiyənin ilk beynəlxalq pulköçürmə sistemi olan UPT ilə 2024-cü ildən başlayan tərəfdaşlığımızı rəqəmsal müstəviyə daşımaqla, müştərilərimiz üçün sərhədsiz və sürətli maliyyə çıxışı təmin edirik. Bu funksionallıq təkcə vaxta qənaət deyil, həm də əməliyyatların şəffaflığı və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Gələcəkdə də müasir bankçılıq həlləri və innovativ yanaşmalarla müştərilərimizə etibarlı və çevik xidmət göstərməyə və məsafədən xidmət spektrini genişləndirməyə davam edəcəyik”, - deyə TuranBank ASC-nin İdarə Heyətinin sədri Orxan Qarayev qeyd edib. 

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi yeni xidmətlə bağlı ətraflı məlumatı rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.

TuranBank

Bizimlə etibarlıdır...
OXŞAR XƏBƏRLƏR