Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb

Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb
DÜNYA
23:53 13.11.2026
99
Urmiya gölü hövzəsinə yağan payız yağışlarından sonra gölün səth sahəsində artım müşahidə olunub.

AZXEBER.COM ISNA-ya isatinadən xəbər verir ki, gölün sahəsi 1971 km²-dən 1995 km²-ə yüksəlib.

"Beləliklə, qısa müddət ərzində gölün səthi 24 km² genişlənib. Su səviyyəsi də 1270,59 metrdən 1270,60 metrə yüksəlib", - məlumatda bildirilib.

Qeyd edək ki, Yaxın Şərqin ən böyük duzlu göllərindən biri olan Urmiya son onilliklərdə ciddi su itkisinə məruz qalıb və quruma təhlükəsi ilə üzləşib.
OXŞAR XƏBƏRLƏR