Urmiya gölünün qurudulmasına mahnı həsr edilib. ANS PRESS-in məlumatına görə, mahnının sözləri və musiqisinin müəllifi Norveçdə yaşayan Cənubi azərbaycanlı soydaşımız, təbrizli Məmməd Rzadır. O, həm də mahnının ifaçısıdır.Qeyd edək ki, dünyanın ikinci duz qölü sayılan Urmuya gölü Cənubi Azərbaycanın Urmuya şəhərinin kənarında yerləsir. Bu su hövzəsi həcminə görə İranda ən böyük göl hesab olunur. Onun sahəsi təqribən 5000-6000 kv.km-dir. 1967-ci ildə Urmiya gölü qoruq elan olunub. Bundan başqa YUNESKO da buranı qorunan təbii ərazilər sırasına daxil edib. Bununla belə göl quruyur və ekspertlər bunun ekoloji problem yaradacağından ehtiyatlanırlar.