Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsdən geri çəkilməsini pisləyib.
Bu barədə Avropa Komissiyasının Prezidenti "Twitter" hesabında bildirib.
"BMT və Türkiyənin səylərinə baxmayaraq, Rusiyanın Qara Dəniz Taxıl Təşəbbüsünü dayandırmaq üçün kinli addımını şiddətlə qınayıram. Aİ dünyanın həssas ölkələri üçün ərzaq təhlükəsizliyini təmin etmək istiqamətində çalışır", - o qeyd edib.
Avropa Komissiyasının Prezidenti vurğulayıb ki, Aİ kənd təsərrüfatı məhsullarını Ukraynadan qlobal bazarlara çıxarmağa davam edəcək.