Tərbiyə məqsədi ilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək.
Millət vəkili Bəhruz Məhərrəmov bildirib ki, Uşaqlarda aşkarlanan zorakılıq əlamətləri barədə məlumat verilməməsinə görə də cərimə tətbiq olunacaq. Belə ki, məlumat verməyən fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcək.
Məcəlləyə təkLif edilən digər dəyişiklik isə, dilənçiliklə məşğul olanların cərimələnməsi, inzibaiti həbs edilməsidir.
Millət vəkili bildirib ki, təklif edilən dəyişikliklərlə bağlı ilkin oxunuş həyata keçirilib və plenar iclasa tövsiyə olunub.










































