Uşağı döyən valideyn və müəllimlər cərimələnəcəklər? - VİDEO

Uşağı döyən valideyn və müəllimlər cərimələnəcəklər? - VİDEO
SOSİAL
23:54 12.03.2026
186
Tərbiyə məqsədi ilə uşağı döyən valideyn və müəllimlər cərimələnəcək.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, tərbiyə etmək məqsədilə və ya intizam tədbiri kimi uşağa qarşı fiziki və psixoloji zorakılığın törədilməsinə görə iki yüz manat məbləğində cərimə tətbiq olunacaq.

Millət vəkili Bəhruz Məhərrəmov bildirib ki, Uşaqlarda aşkarlanan zorakılıq əlamətləri barədə məlumat verilməməsinə görə də cərimə tətbiq olunacaq. Belə ki, məlumat verməyən fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə cərimə ediləcək.

Məcəlləyə təkLif edilən digər dəyişiklik isə, dilənçiliklə məşğul olanların cərimələnməsi, inzibaiti həbs edilməsidir.

Millət vəkili bildirib ki, təklif edilən dəyişikliklərlə bağlı ilkin oxunuş həyata keçirilib və plenar iclasa tövsiyə olunub.


OXŞAR XƏBƏRLƏR