“Uşağı göndərdim ki, bəlkə ölüb?” - Tək yaşayan qadının meyiti tapıldı

“Uşağı göndərdim ki, bəlkə ölüb?” - Tək yaşayan qadının meyiti tapıldı
SOSİAL
15:36 03.11.2016
1073
 
Bərdə rayonunda tənha yaşayan qadının meyiti elə yaşadığı ünvanda aşkarlanıb. 

ARB TV xəbər verir ki, qonşularının verdiyi məlumata görə, 70-dən çox yaşı olan Sona adlı qadın təxminən 3 ildir orada yaşayır.

Son üç gündə isə onu görmədiklərindən şübhələnərək, bu barədə polisə məlumat veriblər. Evə baxış zamanı qadının cəsədi tapılıb. Meyit müayinə üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə aparılıb.

Zaur İbrahimov - qonşu: "Balaca uşağı göndərdim ki, get qapısına bax. Dedi ki, qapı içəridən bağlıdır. Mən də qərara gəldim ki, xəbər verək. Düşündüm ki, bəlkə ölüb. Gəlib evi arxadan açıb baxdılar ki, ölüb".

Faktla bağlı Bərdə rayon Prokurorluğunda araşdırma aparılır.
 

OXŞAR XƏBƏRLƏR