Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər

Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
SOSİAL
17:00 28.07.2026
150
Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatına görə, 2026-cı ilin birinci yarısında 331 işəgötürən tərəfindən ümumilikdə 815 işçiyə uşağının doğulması ilə əlaqədar atalıq məzuniyyəti verilib.

Son illər dünyanın bir çox ölkəsində uşağın tərbiyəsinin yalnız ananın deyil, həm də atanın məsuliyyəti olduğu yanaşması güclənir. Bu səbəbdən bir sıra dövlətlər atalıq məzuniyyətini qanunvericilikdə təsbit edərək tətbiq edirlər.

Azərbaycanda da bu istiqamətdə son illərdə mühüm addım atılıb. 2025-ci ildə Əmək Məcəlləsinə edilən dəyişiklikdən sonra uşağı doğulan işləyən atalara 14 təqvim günü ödənişli atalıq məzuniyyəti verilir. Bu müddət ərzində işçinin əməkhaqqısı saxlanılır və iş yeri qorunur.

AZXEBER.COM xəbər verir ki, dünyanın digər ölkələrində isə atalıq məzuniyyəti fərqli tənzimlənir.

Finlandiya
Finlandiyada hər bir valideynə 160 iş günü ödənişli valideyn məzuniyyəti verilir. Valideynlər bu günlərin bir hissəsini qarşılıqlı razılıq əsasında bir-birlərinə ötürə bilirlər. Qanunvericiliyin əsas məqsədi uşağın qayğısında ana və atanın bərabər iştirakını təmin etməkdir.

Norveç
Norveçdə ailələr iki seçimdən birini edə bilirlər. Onlar ya 49 həftə tam əməkhaqqı ilə, ya da 59 həftə əməkhaqqının 80 faizi həcmində ödənişlə valideyn məzuniyyətindən istifadə edə bilərlər. Bu sistem çərçivəsində atalar üçün ayrıca ayrılmış ödənişli məzuniyyət hüququ da mövcuddur.

İspaniya
İspaniyada ana və ata üçün 17 həftə ödənişli məzuniyyət nəzərdə tutulur. Məzuniyyət müddətində əməkhaqqı tam həcmdə ödənilir və ilk həftələrin doğuşdan dərhal sonra istifadə edilməsi məcburidir.

Fransa
Fransada atalar uşağın doğulması ilə əlaqədar 28 günlük ödənişli məzuniyyət hüququna malikdirlər. Bu müddətin bir hissəsinin doğuşdan dərhal sonra götürülməsi qanunla tələb olunur.

Oxşar qayda Portuqaliyada da tətbiq edilir. Burada atalar üçün 28 günlük məcburi ödənişli atalıq məzuniyyəti nəzərdə tutulur, həmçinin əlavə məzuniyyət imkanları da mövcuddur.

Yaponiya
Yaponiya isə dünyanın ən səxavətli valideyn məzuniyyəti sistemlərindən birinə malikdir. Atalar uşağın doğulmasından sonra 1 ilə qədər, bəzi hallarda isə 14 aya qədər valideyn məzuniyyəti götürə bilirlər. Bu müddət ərzində dövlət tərəfindən əməkhaqqının müəyyən hissəsi ödənilir.

Fəridə Əsədzadə
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
17:59 28.07.2026
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
17:47 28.07.2026
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
17:34 28.07.2026
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
17:29 28.07.2026
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
17:21 28.07.2026
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
17:11 28.07.2026
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
17:00 28.07.2026
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
Yayda estetik əməliyyat etdirmək olar?
16:48 28.07.2026
Yayda estetik əməliyyat etdirmək olar?
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
16:29 28.07.2026
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
16:14 28.07.2026
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
16:10 28.07.2026
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
15:56 28.07.2026
ATB rəhbərliyi Visa nümayəndə heyəti ilə görüş keçirdi - FOTOLAR
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
15:55 28.07.2026
"Sabah" üçün tarixi oyun: Saat neçədə, hansı telekanalda?
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
15:46 28.07.2026
Ərdoğan həbs edilən Haluk Levent haqda danışdı: "Bu, tərbiyəsiz şəxslərin..."
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
15:40 28.07.2026
Azərbaycanda bu şəxslərin maaşı artırılacaq
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR
15:37 28.07.2026
Unibank jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR