USAID rəhbəri: Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa yaxındır

SİYASƏT
16:25 10.07.2024
173
Azərbaycan və Ermənistan sülh sazişi imzalamağa yaxındır, hər iki ölkə buna nail olmaq üçün səy göstərir.

Bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.

"Bu gün Ermənistan onilliklərlə davam edən münaqişəyə son qoya biləcək sülh sazişi imzalamağa yaxındır. Ermənistan və Azərbaycan hökumətlərinin nümayəndələri barışığa yönəlmiş danışıqları davam etdirirlər. ABŞ Ermənistanın bu tarixi məqamdan istifadəsinə kömək etmək üçün əlindən gələni edəcək”, - o vurğulayıb.
 
///report

OXŞAR XƏBƏRLƏR