USAİD rəhbəri Bakıya gəlib

USAİD rəhbəri Bakıya gəlib
SOSİAL
15:27 27.09.2023
180
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) direktoru Samanta Pauer Azərbaycana səfərə gəlib.

Bu barədə məlumat USAİD-in rəsmi internet səhifəsində dərc edilib.

Məlumata əsasən, Pauer artıq Bakıdadır. O, Qarabağdakı humanitar vəziyyəti və bununla bağlı ölkəmizin üzərinə götürdüyü öhdəlikləri müzakirə etmək üçün Azərbaycan Prezident İlham Əliyevlə görüşəcək.

Qeyd olunub ki, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin vəzifələrini icra edən Yuri Kim də Pauerlə birlikdə ölkəmizdə səfərdədir. Pauer səfəri çərçivəsində Azərbaycan və Ermənistan arasında bir-birinin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət əsasında davamlı sülhün perspektivlərini də müzakirə edəcək.
OXŞAR XƏBƏRLƏR